"Avtovağzalın qarşısında çatlar genişlənəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 16:39 | Şərh sayı: (0) | Baxılıb: 282
"Avtovağzalın qarşısında çatlar genişlənəcək"
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur. Ekzogen-geoloji prosesdə hər hansı aktivlik müşahidə olunmayıb.
Milli.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, ərazidə aparılan bərpa-gücləndirmə işləri ilə əlaqədar çatlarda genişlənmələrin olması qaçılmazdır:
"Ərazidə ağır texnika işləyir, qazma işləri aparılır. Aparılan işlərin təsirindən ərazidəki çatlarda müəyyən genişlənmə ola bilər. Ancaq "çökmə-sürüşmə baş verib" demək düz deyil".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər