Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemi birləşdirilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 18:54 | Şərh sayı: (0) | Baxılıb: 261
Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemi birləşdirilir
Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Seyran Ohanyan dekabrın 23-ü Moskvada Qafqaz bölgəsində hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılması haqqında saziş imzalayıblar. Ermənistanla hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqda sazişin imzalanmasına Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də sərəncam vermişdi.
MDB ölkələrinin 1995-ci il fevralın 10-u Almatıda imzaladığı müqavilə hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılmasını nəzərdə tutur. Hazırda sistemə 8 ölkə daxildir: Rusiya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan.
Novator.az bildirir ki, indiyədək Rusiya ilə Belarusun hava hücumundan müdafiə sistemləri birləşdirilib, hazırda Moskva Qırğızıstan və Tacikistanla sistemin yaradılması üzərində iş aparır, Qazaxıstanla isə 2013-cü ildə müvafiq saziş imzalanıb.
Hava hücumundan müdafiə birləşmiş sisteminə 19 aviasiya hərbi hissəsi, 47 zenit-raket qoşunları hərbi hissəsi, 19 radiotexnika qoşunları hərbi hissəsi, 3 radioelektron mübarizə batalyonu daxildir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər