RSS
 

Login:
Şifrə:
» » Azərbaycan pulları belə dağıdılır?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycan pulları belə dağıdılır?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 18:47 | Şərh sayı: (0) | Baxılıb: 273

Azərbaycan pulları belə dağıdılır?


Azərbaycan pulları belə dağıdılır?


Dekabrın 17-də Sankt-Peterburqda Azərbaycan Beynəlxalq Bankının yerli şöbəsinin ofisində axtarış aparılıb.

Axtarışı Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsinin iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşları SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçülərinin dəstəyi ilə aparıblar.

Rusiya hüquq-mühafizə orqanları hələ də bu axtarışın hansı cinayət işi üzrə aparıldığını açıqlamır. Bununla belə KİV-lər xəbər verib ki, axtarış xaricə qanunsuz pul köçürmələri üzrə qaldırılmış hansısa cinayət işi ilə əlaqəlidir.

Azərbaycan Beynəlxalq Bankının Moskvadakı törəmə bankı və axtarışın aparıldığı şöbənin rəhbəri Yaşar Səfərov isə bildirib ki, axtarış bankın keçmiş müştərilərindən biri barədə sənədləri araşdırmaq üçün keçirilmişdi.

Lakin söhbətin hansı müştəridən getdiyi açıqlanmayıb. Eləcə də məlum olmayıb ki, əgər axtarışın banka dəxli yox idisə, o zaman əməliyyatçılar niyə ofisə avtomatla silahlanmış xüsusi təyinatlıların müşayiəti ilə basqın etmişdilər.

Milli.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu gün isə məlum olur ki, basqın təkcə "MBA-Moskva" bankının Peterburq şöbəsinə edilməyib. Həmin gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Türkiyənin bu ölkədə fəaliyyət göstərən 4 bankının filiallarına da basqın ediblər.

Türkiyə KİV-ləri qəfil basqının təkcə türk bankları ilə məhdudlaşmadığını, cəmi 20 bankın belə axtarışa məruz qaldığını xəbər verir. Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

Cahangir Hacıyev irsinin davamçısı

Lakin "MBA-Moskva"nın Peterburq ofisində axtarışın çirkli pulların yuyulması ilə bağlı olan hansısa başqa cinayət işi ilə əlaqəli olduğu da istisna deyil.

Azərbaycan Beynəlxalq Bankının (ABB) Peterburq şöbəsində aparılmış müəmmalı axtarış ölkənin səhmlərinin yarısı dövlətə məxsus olan ən iri bankının Rusiyadakı biznesini də gündəmə gətirir.

Hələ bu axtarış aparılmazdan əvvəl virtualaz.org saytı "MBA-Moskva"nın fəaliyyəti barədə faktları araşdırırdı. Çünki "ana" bankın keçmiş rəhbərliyinin fəaliyyəti "MBA-Moskva"dan da yan keçməyib.

Cahangir Hacıyevin dövründə Azərbaycan Beynəlxalq Bankının milyardlarla manat krediti sağa-sola səpələdiyi və pulların geri qayıtmadığı məlumdur. Lakin törəmə bank olan "MBA-Moskva" da qaytarılmayan kreditlər üzrə Rusiya bankları arasında liderlər sırasında gedir.

Virtualaz.org saytı araşdırıb ki, "MBA-Moskva"nın idarə heyətinin keçmiş rəhbəri Fuad Abdullayev yüz milyonlarla dollarlıq kreditləri Cahangir Hacıyevin şübhəl benefisiarlarına ayırıb. F.Abdullayev bu ilin noyabrında vəzifəsindən azad edilib.

Qaytarılmayan kreditlər üzrə lider

Banki.ru portalının məlumatına görə, bu ilin noyabr ayının yekunlarına əsasən "MBA-Moskva"nın problemli kreditləri 89,4 faiz artıb. Bu, Rusiyanın 100 kommersiya bankı arasında problemli kreditlərin artmasına görə ikinci ən iri göstəricidir.

Bu göstərici üzrə Bank BFA 218,6 faiz artımla birinci olub. Üçüncü yerdə isə 83,3 faiz artımla "Moskva Vilayət Bankı"dır.

Bu yaxınlarda "Fitch" beynəlxalq reytinq agentliyi problemli kreditlərin həcminin artmasına görə "MBA-Moskva"nın uzunmüddətli kredit reytinqi üzrə proqnozunu "sabit"dən "neqativ"ə endirib.

Agentlik bildirmişdi ki, bankın Rusiyada tikinti layihələrinə ayırdığı kreditlərin çoxu geri qayıtmayıb. Əgər "ana" bankın dəstəyi olmasa, "MBA-Moskva"nın maliyyə göstəricilərinin daha da pisləşməsi qaçılmazdır.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "MBA-Moskva"nın yeni rəhbəri təyin olunub. Bu, Emin Əfəndiyevdir. Yeni rəhbərliyi "MBA-Moskva"nın maliyyə göstəricilərini yaxşılaşdırmaq və problemli kreditləri geri almaq üçün çətin iş gözləyir.

Quru ada görə on milyonlarla dollar kredit?

Kreditləri isə belə görünür ki, C.Hacıyevin dövründə Rusiyada da sağa-sola səpiblər. Məsələn, "Leyli" nar şirəsi brendinin sahibi olan iş adamı Zeynulla Qurbanovla "MBA-Moskva"nın bundan əvvəlki rəhbərliyi arasında məhkəmələrə qədər gedib çıxan çəkişmə məlumdur.

Azərbaycanın "Az-Granata" meyvə şirələri zavodunda istehsal edilmiş nar şirələrini Rusiya bazarında "Leyli" brendi altında satan (Leyli Zeynulla Qurbanovun qızıdır) bu iş adamı iddia edirdi ki, bankın rəhbərliyi onun brendinə əvvəlcə kreditlər ayırıb.

Daha sonra kreditlərin düzgün xərclənmədiyini əsas gətirərək maliyyələşməni qəfil dayandırıb. Nəticədə "Leyli" brendi dəyərdən düşüb.

Belə məlum olur ki, bu iş adamı "MBA-Moskva"dan on milyonlarla dollar kredit götürərkən girov kimi hansısa əmlak yox, "Leyli" adını girov qoyubmuş.

İş adamı ilə bank arasında çəkişmənin necə nəticələndiyini, bankın "Leyli" brendinə ayırdığı krediti geri alıb-almadığını dəqiqləşdirmək mümkün olmayıb.

Telman İsmayılovla şübhəli tərəfdaşlıq

Yaxud "MBA-Moskva" müflis olan azərbaycanlı oliqarx Telman İsmayılovun kreditorlarından biridir. Rusiya mətbuatı yazıb ki, T.İsmayılovun Moskvadakı "AS Gof" otel və paytaxtın Nikitski bulvarındakı otel kompleksi layihəsi borca görə Azərbaycan Beynəlxalq Bankının strukturlarının mülkiyyətinə keçib.

Bankın T.İsmayılova nə qədər kredit ayırdığı və qoyulmuş girovun bu krediti ödəyib-ödəmədiyi məlum deyil.

"MBA-Moskva"nn strateji inkişaf İdarəsinin rəisi Leonid Mileyev isə "Vedomosti"yə deyib ki, ümumiyyətlə, bankın AST şirkətlər qrupu ilə kommersiya münasibətləri olmayıb.

Bəs o zaman bu nə borcdur və T.İsmayılovun əmlakının bir hissəsi niyə Beynəlxalq Bankın mülkiyyətinə keçib?

L.Mileyev suallara cavab verməyib və şərh almaq üçün Bakıya - baş ofisə zəng etməyi məsləhət görüb.

Azərbaycan Beynəlxalq Bankı isə T.İsmayılovla kredit münasibətləri haqda suala cavab verməkdən imtina edib.

Ancaq "Vedomosti"yə məlum olub ki, 2013-cü ildə Nikitski bulvarındakı otel kompleksinin tikintisi layihəsinin sifarişçisi Azərbaycan Beynəlxalq Bankına bağlı olan "Fortrust Global" şirkəti olub. Bu, Moskva meriyasının arxitektura şurasına təqdim edilmiş sənəddən məlum olur.

"Fortrust Global" nə şirkətdir?

Şirkətin saytında göstərilir ki, "Fortrust Global" daşınmaz əmlak sahəsində geniş spektrdə xidmətlər təklif edən, o cümlədən developer sahəsində layihələr həyata keçirən şirkətdir.

"MBA-Moskva" isə şirkətin yeganə maliyyə tərəfdaşıdır. Şirkətin əməkdaşları ilə tanış olan iki ayrı konsultant "Vedomosti"yə "Fortrust Global" şirkətinin Azərbaycanda "özəl fondla" bağlı olduğunu deyib.

Virtualaz.org saytı Rusiyanın Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Vahid Reyestrindən bu şirkət barədə məlumatları əldə edib. Orada göstərilir ki, "MANAGEMENT COMPANY FORTRUST GLOBAL LTD" şirkəti 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir.

Lakin şirkətin təsisçiləri barədə məlumat reyestrdə yer almır. Şirkət tikinti layihələri ilə yanaşı audit və konsaltinq xidmətləri, maliyyə-sənaye qruplarının idarə edilməsi kimi fəaliyyət sahələri ilə də məşğuldur.

Şirkət Moskvada "FortepinaO" yaşayış kompleksinin tikintisi, Mojaysk şossesində "A" sinif biznes-mərkəz, Tverskoy-Yamskoy küçəsində apartamentlər, Nikitski bulvarında apartamentlər, Altufyevsk küçəsində çoxfunksiyalı kompleks, Savvinsk döngəsində apartamentlər, Ryazansk prospektində kommersya təyinatlı kompleks və digər iri tikinti layihələrini həyata keçirib. Yaxud həyata keçirmək üzrədir.

Şirkətin ofisi Moskvada, Pokrovka küçəsində yerləşir. Şirkət 2011-ci ildə qeydiyyatdan keçib, baş direktoru İsazadə Zaur Natiq oğludur.

Sayt Rusiya mənbələrindən araşdırıb ki, bu şəxs Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Rusiyadakı benefisiardır.

"Fortrust Global" şirkətinin baş direktoru olmaqla yanaşı şirkətin səhmlərinin 10 faizinə sahibdir. Eyni zamanda Kiprdə qeydiyyatdan keçmiş "Luazo Corporation" offşor şirkətinin səhmlərinə nəzarət edir.

Həmin "Luazo Corporation" şirkəti isə Telman İsmayılova borc verib və geri ala bilməyib. Nəticədə T.İsmayılov bu ilin yayında Moskvanın Nikitsk bulvarında mülkiyyətçisi olduğu, otel kompleksi inşa etməyə hazırlaşdığı 27 min kvadratmetrlik torpaq sahəsinin 45 faizini 10 ildir ödəyə bilmədiyi borca görə "Luazo Corporation" şirkətinə vermişdi. Torpaq sahəsinin qalan hissəsi Moskva meriyasının mülkiyyətində qalıb.

Moskvadakı mənbələr bildirir ki, İsazadə Zaur Rusiya Hüquq Akademiyasının sıravi məzunudur. Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohumudur, onun qardaşı qızının əridir. Eyni zamanda "MBA-Moskva" bankının keçmiş sədri Fuad Abdullayevin yaxın adamlarından biri kimi tanınır.

Z.İsazadə "MBA-Moskva"dan cürbəcür tikinti layihələri üçün yüz milyonlarla dollar kredit götürüb və çoxunu geri qaytarmayıb. Habelə o, bankdan ayrılan iri kreditlərdə əsas vasitəçi olub.

Eldar Mahmudovun biznesi?

Zaur İsazadənin adı Cahangir Hacıyevin benefisiarlarından olan, keçmiş deputat Dünyamin Xəlilovun ortağı Xaqani Bəşirovla bağlı 2011-ci ildə qaldırılmış cinayət işində də keçir.

Xaqani Bəşirov həmin vaxt Beynəlxalq Bankdan yüz milyonlarla dollar krediti götürüb çoxsaylı offşor şirkətlərin adına keçirmiş və mənimsəmişdi. Həmin offşor şirkətlərdən bəziləri Z.İsazadənin adına qeydiyyatdan keçib.

Virtualaz.org saytı Moskvadakı biznes çevrələrindən belə məlumat əldə edib ki, əslində "MBA-Moskva"nın Rusiya paytaxtında maliyyələşdidiyi çoxsaylı iri developer layihələrinin arxasında Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov dayana bilər.

Mənbə E.Mahmudovun Rusiyada milyardlarla dollarlıq tikinti biznesinin olduğunu bildirir. Bu biznesdə o, qudası, Azərbaycanın ən iri bankına rəhbərlik etmiş Cahangir Hacıyevlə ortaqdır.

Kral lütdür və Azərbaycan bankına borcunu qaytarmır

"MBA-Moskva"nın kredit verdiyi və geri ala bilmədiyi iş adamlarından biri də Rusiyanın almaz şirkəti ALAROSA-nın keçmiş prezidenti Artyom Niçiporukdur.

Rusiya mətbuatı yazır ki, Niçiporuk bir çox banklardan, o cümlədən "MBA-Moskva"dan kredit alıb və geri qaytarmayıb. Rusiyanın məhkəmə icraçıları Federal Xidmətinin məlumat bazasında göstərilir ki, keçmiş "almaz kralı" barəsində icra olunmamış 12 məhkəmə hökmü var. Onların hamısı borcun ödənilməsi barədə təmin edilmiş iddialardır.

Zərərçəkənlər arasında həm fiziki şəxslər, həm banklar var. Onlardan biri də "MBA-Moskva"dır.

Ancaq bankın keçmiş rəhbəri Fuad Abdullayevin hazırda lüt olan keçmiş "almaz kralı"ına nə qədər və hansı layihəyə görə kredit ayırdığını dəqiqləşdirmək mümkün olmayıb.

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor