Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 20:11 | Şərh sayı: (0) | Baxılıb: 276
Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarıldı
Beynəlxalq sərhədi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılmışdır.
Ixlas.Az APA-ya istinadən xəbər verir ki, bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə baş vermişdir.
BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı oldu. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirmişdir.Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlamışlar.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər