Bu gün rəbiül-əvvəl ayının 9-u İmam Zaman(əc) vilayəti və imamətinin başlanmasının ildönümü günüdür |
Müəllif: Admin | Bölmə: Xəbərlər, Slide | Vaxt: 21-12-2015, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 317
Bu gün rəbiül-əvvəl ayının 9-u İmam Zaman(əc) vilayəti və imamətinin başlanmasının ildönümü günüdür
Həzrət Mehdi(əc) 255-ci hicri qəməri ilində şəban ayının ortalarında Samirə şəhərində dünyaya göz açır.
Abbasi hökuməti İslam Peyğəmbəri(s.ə.s) və imamların "Mehdi"nin İmam Həsən Əsgərinin(ə) övladı olması ilə bağlı dediklərini əsas götürərək, o həzrəti nəzarət altına almışdılar. Amma, 11-ci imam övladının dünyaya gəlməsi xəbərini gizli saxlayaraq, Abbasilərin bu planını zərərsizləşdirdi.
İmam Həsən Əsgərinin(ə) şəhid olmasından sonra o həzrətin Mehdi(ə) adlı övladının olması xəbəri yavaş-yavaş yayılmağa başladı. Abbasi xəlifəsinin Mehdini(ə) tapmaq üzrə səyləri isə heç bir nəticə vermirdi.
İmam Əli(ə) buyurub: Qeybə çəkilənimizin iki qeybəti olacaq. Biri, digərindən uzun olacaq. Onun qeybdə olduğu müddət ərzində sadəcə onun imamətinə güclü imanı və etiqadı olan şəxslər kamil mərifət sahibi olacaqlar.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatı adından İmam Zaman(ə)-ın imamət və vilayətinin başlandığı günün ildönümü münasibətilə Əhl Beyt(ə) davamçılarını təbrik edirik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər