Ərdoğan Putinin cavabıın verdi: "Başına dar edərik!" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 01:14 | Şərh sayı: (0) | Baxılıb: 336
Ərdoğan Putinin cavabıın verdi: "Başına dar edərik!"
"Suriyada 400 min məsum, günahsız insan qətlə yetirilib. 12 milyon insan evindən-eşiyindən, yurdundan didərgin düşüb. Amma "müsəlmanam" deyənlər zalımın yanında yer alır, zülmü təşviq edir, "terrorçularla mübarizə aparırıq" deyənlərsə dinc insanları öldürürlər".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbuldakı Şebi-Arus mərasiminəd çıxış edərkən belə deyib.
Milli.Az AHT-yə istinadən bildirir ki, Ərdoğan söyləyib: "İslama aid sözlər və simvollarla müsəlmanlara qarşı tarixin ən böyük, ən qəddar savşalarından biri İŞİD kimi təşkilatlar bəhanə edilərək müsəlmanlara zərbə dalınca zərbə vurulur. Yaxınlığımızda yerləşən, Suriyanı bombalayan bir ölkənin əməliyyatlarına baxırıq. Bu ölkənin qırıcı-bombardmançı təyyarələrinin hədəflərinin 10 faizi İŞİD-in mövqeləridir. Yerdə qalan hədəflər aralarında türkmən qardaşlarımız da olmaq şərtilə Suriyada diktatura rejiminə qarşı çıxan müxalifətçi qruplardır. Yəni müsəlmanlardır".
Rusiya prezidenti Vladimir Putinin bu gün "Rossiya 1" telekanalına verdiyi müsahibəsində dediyi "biz Suriyada terrora qarşı mübarizə aparırıq" açıqlamasına işarə vuran Rəcəb Tayyib Ərdoğan "Lütfən, kimsə kimsəni aldatmağa çalışmasın" söyləyib.
"Suriyada İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə güc mübarizəsi gedir. Bu proseslər at izinin it izinə qarışdığı faciəli oyuna, teatra döndü. Orada hər kəs rol oynayır, hər kəs rol almağa çalışır. Amma ölən insanlar gerçəkdir.
Ölən uşanlar, körələr, qadınlar, qocalar gerçəkdir. Viran olan evlər, məscidlər, kilsələr, məktəblər, tarixi əsərlər gerçəkdir. Orada bombalar başqa hesablar üçün atılır.
İŞİD, PKK və YPG eynidir, fərqləri yoxdur. Bilin ki, kimsə ölkəmiz üzərindən əməliyyat apara bilməz. Əks təqdirdə başına dar edərik. Bizimsə kimsənin torpaqlarında gözümüz yoxdur.
Qardaşlarım, unutmayın: hər gecənin bir səhəri olduğu kimi bu çətin günlərin də mütləq bir sonu olacaq", - Rəcəb Tayyib Ərdoğan deyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər