RSS
 

Login:
Şifrə:
» » Azərbaycanda kosmonavtlar hazırlanacaq?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycanda kosmonavtlar hazırlanacaq?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-12-2015, 20:06 | Şərh sayı: (0) | Baxılıb: 320

Azərbaycanda kosmonavtlar hazırlanacaq?


Azərbaycanda kosmonavtlar hazırlanacaq?


Milli.Az Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun l müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanovun "Report"a müsahibəsini təqdim edir.

- Tofiq müəllim, bu gün Azərbaycanda kosmik sənayenin inkişaf vəziyyəti necədir?

- 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilmiş "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" icra olunub, ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirilib. Bilirsiniz ki, hazırda Azərbaycanın iki peyki fəaliyyət göstərir. Birinci peyk 2013-cü ilin fevral ayının 8-də buraxılan telekommunikasiya peykidir ki, həmin peyk geostasionar orbitdə 36 min km yüksəklikdə fəaliyyət göstərir və ölkənin radio və teleyayım şəbəkəsinin təkmilləşməsinə, rabitə sisteminin modernləşməsinə xidmət edir. Peyk öz fəaliyyətini indi də uğurla davam etdirir.
İkinci peyk isə bu ilin əvvəlindən fəaliyyət göstərir. "Azersky" adlanan həmin peyk yerin məsafədən zondlanması, elektron xəritələrin yaradılması, kənd təsərrüfatı istehsalının planlaşdırılması, məhsuldarlığın proqnozlaşdırılması, eyni zamanda, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması məsələlərinin həlli üçün məlumatların toplanmasına xidmət edir. Azərbaycan peykləri "Azərkosmos" ASC tərəfindən idarə olunur və məlumatlar da onlar tərəfindən qəbul edilir.

- Bu prosesdə sizin öhdəliyiniz nədən ibarətdir?

- Hər bir ölkə üçün onun təbii iqlim şəraitindən asılı olaraq məsafədən zondlamanın tətbiqi problemləri xarakterikdir ki, bu məsələlər kosmik məlumatlardan istifadə olunmaqla həll edilə bilər. Bizim əsas məqsədimiz peyk vasitəsilə alınan məlumatlardan istifadə etməklə təbii ehtiyatların öyrənilməsi, ekoloji monitorinq məsələlərinin həlli, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi ilə bağlıdır.
Son dövrlərdə "Azərkosmos" ASC ilə bizim əlaqələrimiz genişlənməkdədir. Hazırda bizim tərəfimizdən iki layihə onlara təqdim olunub. Həmin layihələrin yerinə yetirilməsi üçün "Azərkosmos" bizi peyk məlumatları ilə təmin etməlidir və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim Agentliyin əsas vəzifəsi kosmik məlumatların emalı, sistemləşdirilməsi, istehlakçı tələblərinə cavab verən formada emal edilməsi, elektron xəritələrin yaradılması və məsafədən zondlamanın müxtəlif praktik məsələlərinin həll edilməsindən ibarətdir.
Kosmik məlumatların emalı bir neçə mərhələni əhatə edir və onlardan istifadə etməyin müxtəlif metodları mövcuddur. Bu proses böyük bir əməliyyat tələb edir. O qədər də asan olmayan belə məsələlərin həlli üçün Milli Aerokosmik Agentlikdə bu istiqamətdə uzun illərdir ki, tədqiqatlar aparılır. Nəticələr elə olmalıdır ki, istehlakçı tələblərinə cavab verə bilsin. Hər bir istehlakçı məsələnin tipindən asılı olaraq özünə uyğun formada yekun məhsullar tələb edir. Bunu həyata keçirmək üçün bir sıra emal proseduraları mövcuddur ki, eyni bir məlumatı müxtəlif yönümlü emal mərhələlərindən keçirmək tələb olunur. Kosmik verilənlər əsasında atmosferin tədqiqi, iqlimşünaslıq, kənd təsərrüfatı yönümlü məsələlər, daşqın, sel, sürüşmə və erroziya proseslərinin qiymətləndirilməsi üçün emal metodları bir-birindən köklü surətdə fərqlənirlər. Hər bir sahə üzrə məxsusi mütəxəssislər formalaşmışdır və onların imkanları çərçivəsində məsələlər müvəffəqiyyətlə həll olunur.

- Agentliyə daha çox hansı nazirliklər sifariş verir?

- Bizim əsas sifarişçimiz Müdafiə Sənayesi Nazirliyidir. Hər ilin əvvəllində iş planına daxil edilən mövzular yoxlanılır, ilkin ekspertizadan keçirilir, sonra isə təsdiq olunur. Yerinə yetirilən işlərin nəticələri ilin sonunda ümumiləşdirilir və bundan sonra nazirliyə hesabatlar formasında təqdim olunur.
Əgər tələb varsa, digər nazirliklər də bu tipli sifarişlər verə bilər. Sifariş olarsa, biz onların maraqları çərçivəsində bu işləri həyata keçirmək imkanına malikik.
Elmi-tədqiqat işlərinin nəticələri AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına təqdim olunur. Təhlil edildikdən sonra iqtisadiyyatın hansı sahəsində tətbiq olunması haqqında qərar qəbul edilir.

- Yəqin, Müdafiə Nazirliyi də Agentliyə sifarişlər verir...

- Müdafiə Nazirliyinin və digər güc strukturlarının sifarişləri əsasən xüsusi təyinatlı məsələlərin həllinə yönəlib.
Son 3 il ərzində mütəxəssislərimiz tərəfindən müxtəlif çeşidli məmulatlar, o cümlədən atıcı silahlar üçün təlim trenajorları, rabitə vasitələri və digər məhsullar istehsal edilərək aidiyyatı sifarişçilərə təhvil verilib və hazırda istismar olunur. Əlbəttə ki, biz kosmik vasitələrin imkanlarından istifadə etməklə ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə xidmət edən məsələləri də həll edə bilərik. O cümlədən, sərhədlərimizin etibarlı qorunması, müxtəlif birləşmələrin, texniki vasitələrin hərəkət marşrutlarının müəyyənləşdirilməsi, eləcə də starteji əhəmiyyətli yol-kommunikasiya şəbəkələrinin planlaşdırılması və s. kimi məsələlərin həlli imkanlarımız daxilindədir.

- Ekoloji monitorinqdən danışdınız. Bu günə kimi bu sahədə hansı işlər həyata keçirilib?

- Hələ 90-cı illərdə bizim Agentlikdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının dəstəyi ilə kosmik təsvirlər əsasında Azərbaycanda torpaq-bitki örtüyünün elektron xəritəsi yaradılıb və istifadə üçün müxtəlif nazirliklərə təqdim edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqələrimiz mövcuddur. Həmin nazirliyin sifarişləri əsasında bir sıra işlər həyata keçirilib, çaylarda suyun vəziyyətinin monitorinqini aparmaq üçün vasitələr işlənilərək öz praktiki tətbiq sahələrini tapıb.
Mütəxəssislərimiz bu sahədə həm də elmi-tədqiqat işlərini yerinə yetirirlər. Kür və Araz çaylarında çirkləndiricilərin transsərhəd daşınmalarının vəziyyətinə nəzarət, Xəzər dənizində neft ləkələrinin yayılma dinamikasının öyrənilməsi əsas ekoloji məsələlərdəndir. Kür çayında 2010-cu ildə baş vermiş subasmalarla əlaqədar kosmik şəkillərdən istifadə etməklə bir sıra tədqiqat işləri həyata keçirilib, yekun nəticələr elektron xəritələr şəklində təqdim olunub.
Əldə edilən nəticələr bu proseslər nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsi, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi üçün tövsiyələrin hazırlanmasına xidmət edir.
Uzun illərdir Azərbaycanın müxtəlif zonalarında baş verən şoranlaşma proseslərinin öyrənilməsi, meşəsalmanın planlaşdırlması, mövcud meşə ehtiyatlarının dinamikasının qiymətləndirilməsi istiqamətində də tərəfimizdən işlər aparılır.

- Nazirlik və təşkilatlarla əməkdaşlığınız hansı şərtlər əsasında həyata keçirilir?

- Biz digər təşkilatların sifarişini ancaq qarşılıqlı müqavilələr əsasında yerinə yetirə bilərik. Son 3 ildə Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında bəzi təbii və texnogen xarakterli obyektlərin aerofotoçəkilişləri həyata keçirilib, təsvirlər ilkin emal olunub və nəticələr sifarişçiyə təhvil verilib.
Kosmik məlumatlardan istifadə etməklə seysmik proseslərin hazırlanması dövründə ionosfer xəbərvericilərinin aşkarlanması, atmosferdə baş verən anomal hadisələrin qiymətləndirilməsi kimi məsələlər də həll edilir. Vaxtilə zəlzələlərin qeydə alınması üçün xüsusi cihazlar da hazırlanıb, bu sahədə ilkin baza yaradılıb.
Onu da qeyd edim ki, vaxtilə Agentliyimizdə hazırlanan cihazlar Sovet İttifaqının kosmik orbital komplekslərdə fəaliyyət göstəriblər. Hazırda fəaliyyət göstərən peyklərimiz xarici ölkələrdə istehsal olunduğundan, biz ancaq onların imkanlarından istifadə edirik.

- Agentliyin zavodunun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Kosmik Cihazqayırma Təcrübi Zavodu müqavilələr əsasında hərbi və mülki təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Hazırlanmış xüsusi təyinatlı avtomobillər müxtəlif sərgilərdə nümayiş etdirilərək mütəxəssislərin müsbət rəyinə layiq görülüb. Həmçinin müəyyən cihazların, sistemlərin yaradılması və təmiri bizim zavodun imkanları çərçivəsində həll oluna bilər. Bunun üçün tam texniki imkanlarımız mövcuddur, zavodun texnoloji parkı modernləşdirilib, proqramla idarə olunan avadanlıqlar və dəzgahlar istehsalat sahələrində quraşdırılıb.
Qeyd edim ki, agentliyimizin konstruktor bürolarında müəyyən işlər həyata keçirilir və kosmik sənayemiz inkişaf etdikcə, onların da imkanlarından istifadə etməliyik. Bu sahənin inkişafı isə böyük yerüstü infrastruktur şəbəkəsinin yaradılmasını tələb edir.

- Azərbaycanda kosmonavtların yetişdirilməsinə ehtiyac varmı?

- Azərbaycanın kosmik proqramında yaxın vaxtlarda pilotlu orbital uçuşların həyata keçirilməsi nəzərdə tutulmur. Əlbəttə ki, bu cür uçuşlar nəzərdə tutularsa, milli kosmonovtlarımızın hazırlanması işlərinə də başlamaq olar. Yəqin ki, bu, gələcəyin işidir. Kosmonavtların hazırlanması üçün xüsusi texniki baza lazımdır, təlim kursları keçirilməlidir. Xüsusi hazırlıq mərhələsi o qədər də asan məsələ deyil. Qeyd etdiyim kimi hələlik bu məsələlər yaxın perspektivdə nəzərdə tutulmayıb.
Azərbaycan üçün belə zərurət yaranarsa, ilk mərhələdə inkişaf etmiş kosmik sənaye infrastrukturuna malik olan ABŞ, Rusiya, Fransa və Çin kimi dövlətlərə müraciət etmək olar. Hazırda belə bir ehtiyac yoxdur. Son dövrlərdə pilotlu orbital uçuşlar ancaq xüsusi stansiyalarda həyata keçirilir. Bilirsiniz ki, Beynəlxalq Kosmik Stansiya fəzada 350-450 kilometr hündürlükdə fəaliyyət göstərir və orada bir neçə ölkənin kosmonavtları, tədqiqatçıları iştirak edirlər. Stansiya elə bir orbital laboratoriyadır ki, orada kosminavtların uzun müddət yaşaması və tədqiqat aparması üçün hər cür şərait yaradılıb. Kosmonavtlar fəalyyətlərini bitirdikdən sonra Yerə qayıdırlar və onları növbəti ekipaj əvəz edir.
Onu da əlavə edim ki, taleyi Azərbaycanla bağlı olan iki sovet kosmonavtı olub. Onlardan biri Vitali Jolobov, digəri isə Musa Manarovdur. Hərbçi ailəsindən olan hər iki kosmonavt indiki Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında təhsil alıb, sonradan kosmonovtlar ordusuna daxil olub və kosmik orbitdə müvəffəqiyyətlə fəaliyyət göstəriblər.

- Fəaliyyətiniz çərçivəsində işğal olunmuş ərazilərimizin izlənilməsi prosesi də yer alırmı?

- Milli Aerokosmik Agentlik 40 illik fəaliyyət yolu keçib, hər dövrün tələblərinə uyğun olaraq işini təkmilləşdirib və hazırda da fəaliyyətini ölkəmiz üçün ən aktual olan məsələlərin həllinə yönəldib. Kosmosda sərhəd yoxdur. İşğal olunmuş ərazilərin kosmik təsvirlərini əldə etməklə orada baş verən dəyişikliklər, obyektlər haqqında məlumat əldə etmək mümkündür və bu istiqamətdə araşdırmalar aparırıq.
Kosmik tədqiqatların üstünlüyü operativlikdir. Əlçatmaz zonaları bu yolla öyrənmək, qısa zaman ərzində bütün respublika ərazisini əhatə etməklə zəruri qərarlar qəbul etmək olar və bu da qarşımızda duran əsas məsələlərdən biridir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor