Zakir Həsənov cəbhədə ermənilərin itkilərindən danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 307
Zakir Həsənov cəbhədə ermənilərin itkilərindən danışdı
"Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı, sadəcə olaraq, Yerevan rəhbərliyinin girovuna çevrilib".
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 8-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşündə deyib.
Bölgədəki vəziyyətə toxunan nazir bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir.
Azərbaycan ilə Fransa arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri, ölkələrimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi qeyd edən Müdafiə naziri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım diplomat isə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin genişləndirilməsinə dair konkret məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif ixtisaslar üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər