RSS
 

Login:
Şifrə:
» » “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 449

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi


“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi


Preziden İlham Əliyev "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Müəyyən edilib ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunun 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb ki, dini ekstremizmə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər və zəruri hallarda dini ekstremizm əleyhinə xüsusi əməliyyatları birgə aparsınlar.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun
Bu Qanun Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. dini ekstremizm (dini ekstremist fəaliyyət) - dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində:
1.0.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi;
1.0.1.2. qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi;
1.0.1.3. terror fəaliyyətinin həyata keçirilməsi;
1.0.1.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi;
1.0.1.5. milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi;
1.0.1.6. şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi;
1.0.1.7. bu Qanunun 1.0.1.1 - 1.0.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışların edilməsi;
1.0.1.8. dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması;
1.0.1.9. dini ekstremizmin maliyyələşdirilməsi;
1.0.2. dini radikalizm - hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranış;
1.0.3. dini fanatizm - dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi;
1.0.4. dini ekstremist - hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs;
1.0.5. dini ekstremist təşkilat - dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə ekstremist fəaliyyət ilə məşğuldursa, həmin təşkilat dini ekstremist təşkilat hesab edilir;
1.0.6. dini ekstremizmə qarşı mübarizə - dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət;
1.0.7. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar - dini ekstremist fəaliyyətin qarşısının alınması, insanların təhlükəsizliyinin təmin edilməsi, dini ekstremistlərin zərərsizləşdirilməsi, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlər;
1.0.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonası - ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və onlara bitişik ərazilərdə xüsusi əməliyyatların aparıldığı hüdudlar.
Maddə 2. Dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik
Dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Dini ekstremizmə qarşı mübarizənin məqsədi
3.0. Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir:
3.0.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi;
3.0.2. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;
3.0.3. dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;
3.0.4. dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi.
Maddə 4. Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri
4.0. Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. qanunçuluğun təmin edilməsi;
4.0.2. dini ekstremizmə görə cəzanın labüdlüyü;
4.0.3. dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi;
4.0.4. hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə;
4.0.5. dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü;
4.0.6. dini ekstremizm əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq.
II fəsil
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması
Maddə 5. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanlar
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
Maddə 6. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatların qüvvə və vasitələrlə təmin edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması üçün dini ekstremizmə qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə olunur.
Maddə 7. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi
7.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasının hüdudları əməliyyatı aparan orqan tərəfindən müəyyən edilir.
7.2. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
7.2.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
7.2.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;
7.2.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;
7.2.4. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;
7.2.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
7.2.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;
7.2.7. müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;
7.2.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyatın aparılma zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;
7.2.9. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin və kommunal xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq;
7.2.10. dini ekstremist fəaliyyəti aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədi ilə telefon danışıqlarına qulaq asma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;
7.2.11. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərini tətbiq etmək;
7.2.12. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.
7.3. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişlərinin icrası əməliyyat zonasında bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Maddə 8. Dəymiş ziyana görə məsuliyyətdən azad olma
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət daşımır.
Maddə 9. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
9.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
9.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
9.3. Aşağıdakı məlumatların yayılmasına yol verilmir:
9.3.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
9.3.2. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
9.3.3. dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
9.3.4. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
9.4. Kütləvi informasiya vasitələrinin işçiləri bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.
Maddə 10. Dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi
10.1. Dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar.
10.2. Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.
Maddə 11. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatın başa çatmasının elan edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın başa çatması əməliyyat aparan orqan tərəfindən elan edilir.
III fəsil
Yekun müddəalar
Maddə 12. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarət
Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.
Maddə 13. Dini ekstremist fəaliyyətdə iştiraka görə məsuliyyət
Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 14. Dini ekstremist təşkilatların qadağan edilməsi
Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor