Bidari Əli baş! |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-09-2015, 22:10 | Şərh sayı: (0) | Baxılıb: 339
Bidari Əli baş!
Əllamə Təbatəbai belə nəql edir:
Kiçik yaşlarımda olarkən Təbrizdə çox qəribə bir əhvalat baş vermişdi.
Təbriz şəhərində "Bidar Əli” adlı bir dərviş yaşayırdı. Bu buğdayı rəngli, arıq cüssəli dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclislərində təbərzinini göyə qaldırıb camaata deyərdi:
"Bidari Əli baş!” (Əlidən qafil olma) Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm.
Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. Dostu həmin axşam onu çox gözləyir. Amma Bidar Əli gəlib çıxmır. Qonağın getməyə bir yeri olmadığı üçün gecə onun bir otağlı evində qalmalı olur. Qonaq üçün yataq sərilmiş otağın bir küncündə Bidar Əlinin balaca oğlu yatmışdı. Ev sahibinin arvadı uşağı yuxudan oyatmaq istəmədiyi üçün həmin gecə balaca Bidar Əli qonaqla bir otaqda yatır. Qadın evdə tək olduğu üçün qonaqdan ehtiyat edib otağın qapısını arxadan qıfıllayır.
Gecənin bir aləmində qonaq ayaq yoluna getmək üçün yuxudan ayılır. Əl atır qapını açsın, görür ki, qapı arxa tərəfdən bağlıdır. Nə qədər qapını döyüb çığırsa da, gəlib qapını açan olmur. Eyvanda yatmış qadın qonağın pis niyyəti olmasından xoflanıb özünü yatmışlığa vurur. Bir tərəfdən də qonaq artıq özünü saxlaya bilmirdi. Öz-özünə fikirləşir ki, neyləyim, necə eləyim? Birdən ağlına belə bir fikir gəlir: Uşağı öz yerimə qoyum və mən də onun yerində yatıb xarablıq edərəm. Səhər açılanda da ev sahibi elə biləcək ki, uşaq yerini isladıb.
O, bu cür də edir. Amma uşağı öz yatağına qoyan kimi uşaq onun yerini tamamilə batırır. Qonaq uşağın yerində uzanır. Amma xəcalətindən səhərəcən gözünə yuxu getmir. Çünki, səhər ev sahibi onun yatağını bu vəziyyətdə görəndə nə deyəcəkdi? Axı mən bunu onlara necə başa salacağam? Qaş düzəldən yerdə vurub gözünü də çıxartmışdım.
Sübh azanında ev sahibinin arvadı qonaq yatan otağın qapısını açır ki, dəstəmaz almaq üçün çölə çıxsın. Qonaq xəcalətindən başını aşağı salıb sağollaşmadan evdən gedir.
Həmin şəxs Təbriz şəhərində olarkən çalışırdı ki, Bidar Əli ilə heç vaxt üz-üzə gəlməsin. Elə buna görə də küçə və bazarda uzaqdan Bidar Əlini görər-görməz tez bir küncə çəkilib gizlənərdi.
Amma iş elə gətirdi ki, bir gün bazarda Bidar Əli ilə rastlaşır. Onun gözündən yayınıb gizlənmək istəyəndə Bidar Əli dostuna deyir:
"Ay gədə! O gecə nə hadisə baş vermişdi, məni başa sal.” Qonaq utanaraq deyir: "And olsun Allaha, mən heç nə eləməmişdim.” Sonra həmin gecə başına gələnləri Bidar Əliyə danışır.
Bu çox ibrətamiz bir əhvalatdır. Burada demək istəyir ki, günahını başqasının boynuna atmaq istəyən hər bir kəsi Allah-təala daha da pisinə mübtəla edər. Hər bir şəxs üçün abır-həya əhəmiyyətli olduğu kimi, başqalarının da abır həyası özləri üçün qiymətlidir. Heç kim öz mənafeyinə görə başqasının abır-həyasını apara bilməz. Hətta həmin şəxs kiçik yaşlı bir uşaq olsa belə.
Bunu da yaddan çıxarmamalıyıq ki, bizim bütün əməllərimizə nəzarət edən Allah-təala, hər hansı bir pis əməlimizi də cavabsız qoymayacaqdır.
"Şübhəsiz ki, Rəbibn (bəndələrinin bütün əməllərini) baxıb görür.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər