Uşaqlara ölümü izah edərkən diqqətli olun! |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Xanimlar üçün | Vaxt: 4-09-2013, 00:36 | Şərh sayı: (1) | Baxılıb: 3548
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Valideyinlər üçün ölümü uşağa izah etmək çox vaxt çətin olduğu üçün ümumiyyətlə gerçək olmayan hekayələrə müraciət edilir. Bu tərz davranışın uşaqlar üçün faydalı olmayacağını ifadə edən mütəxəssislər, uşağa ölümü anlatma üsulunda uşağın yaşı və ruhi inkişaf səviyyəsinə rəhbərlik etməsi lazım olduğunu bildirib. Ölən adamın geri gəlməyəcəyi gerçəyinin uşağa, yaşı nə olursa olsun, hiss etdirilməsi lazım olduğunu söyləyədilər.
"Ölümün təhlili olduqca çətin və qarışıq bir faktı uşaqlara ötürmək çətin lakin öhdəsindən gəlinəbilir bir prosesdir. Beş yaşından kiçik uşaqların, tez-tez xəyallar və həqiqətləri qarışdırdıqlarını, məcazdan anlamadıqlarını bilirik. Beş yaş yalnız başlama nöqtəsidir. Anlamak qabiliyyəti buluğ çağına qədər artacaqdır.
Uşaq ətrafındakı böyüklər daha hələ ona bir şey açıqlamadan onların bədən dillərindən, mimikalarını, göz yaşlarından, danışma tonlarında, mühitdən xoşuna gəlməyən bir hadisə ilə qarşı-qarşıya qaldığını hiss edir. Bu bir yarım, iki yaşındakı çox kiçik uşaqların belə bacara biləcəyi bir şeydir. Bu səbəbdən ölüm haqqında uşağa məlumat verməsi lazım olan böyüyün uşağın onsuz da pis bir xəbərə hazırlıqlı olduğunu bilməsi işini asanlaşdıra bilər. Yəni uşağın ruhi quruluşu pis xəbəri almaq üçün, tamamilə özbaşına, sanki bir hazırlıq etmişdir. Uşağa məlumat verən adam, mümkünsə birinci dərəcədən, ona ən yaxın böyük olmalıdır. Seçilən məkan təravətli, işıqlı və səssiz bir mühit olmalıdır. Anlatma əsnasında yetkin soyuqqanlı olmağa diqqət göstərməli lakin duyğularını basdırmaq üçün həddindən artıq bir səyə da girməməlidir.
Belə həssas bir mövzu söylənilərkən insanların səsi titrəyə bilər, gözlərindən yaşlar süzülə bilər. Beş yaşından kiçiklərə ölümü və səbəb olan prosesi bütün açıqlığıyla izah etməyə çalışsanız da, o, öz hekayəsini yazacaq, fantastika-xəyal dünyasında bir yerə oturdacak, sizin söylədiklərnizlə çox maraqlanmadığını görə bilərsiniz. Bu vəziyyətdə israrlı olmaq, onun özünə yaratdığı hekayənin düzgün olmadığının söyləməyin heç bir faydası yoxdur. Tək əhəmiyyətli nöqtə, ölən adamın geri gəlməyəcəyi gerçəyinin uşağa, yaşı nə olursa olsun, hiss etdirilməsidir. Xariciə getdi, uzun bir tətildə, səmadan bizi seyr edir kimi hekayələr uşağın başını qarışdıracağı üçün qətiliklə təklif edilməz. Beş yaş və yuxarı uşaqlar qəbiristanlıq səfərinin mənasını, əhəmiyyətini hiss edə bilərlər və arzu etsələr böyüklərin müşayiəti altında mərasimlərdə iştirak edə bilərlər.
Mütəxəsislər,ölən şəxsin ardından böyüklərin tutacağı yas dövrünün əhəmiyyətli bir pillə olduğunun vurğulayaraq, "Şişirdilmiş və uşağı qorxuda biləcək yas xaricində uşaq da yas mühitində ola bilər."
Böyüklər kimi uşaqların da sevdiklərinin arxasından bu sağlam duyğunu yaşamaları lazımdır. Hər bir uşaq üçün fərqli olmaq şərtilə, altı ay qədər keçə biləcək müddətdə yuxu, iştah kəsilməsi, tündxasiyyətlik, inadçılıq, məktəb uşaqlarında isə, diqqət dağınıqlığı, problemlər tez-tez müşahidə olunur. Ailələr bu həssas keçiş dövründə zorlanma yaşaya bilərlər. Bu hallarda uşaq psixoloqundan kömək almaları məsləhətdir .Allah qorusun cəmi usaqlari.Hazirladi Mir Əli
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər