RSS
 

Login:
Şifrə:
» » Uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 29-09-2015, 23:07 | Şərh sayı: (0) | Baxılıb: 3175

Uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır?


Uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır?


Tədris ilinin başlaması daha çox övladları birinci sinfə gedən valideynlərin öhdəliyini bir qədər də artıraraq onların qarşılarına uşaqlarının dərsləri ilə maraqlanmaq, onların ev tapşırıqlarına kömək etmək kimi yeni vəzifələr qoyur. Lakin problem ondadır ki, bəzi uşaqlar məktəblərdə verilən ev tapşırıqlarına çox həvəssiz yanaşdıqlarından, dərs hazırlamağa maraq göstərmədiklərindən valideynlər bu işə kifayət qədər çox vaxt sərf edirlər. Səbri daşan valideyn uşağa qarşı səbirsizlik edərək onu danlayır, hətta bəzi hallarda fiziki güc tətbiq edir.

Nəticə isə getdikcə daha pis olur - valideynlərinin belə davranışını görən uşaqlarda təhsilə maraq nəinki artır, onlar ev tapşırıqlarını etməyi özləri üçün əsl işgəncə hesab edirlər.

Bəs belə halların olmaması, əlinə yeni qələm alan uşaqda dərsə maraq yaratmaq üçün nə etmək lazımdır?

Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı Trend-ə bildirib ki, bir çox ölkələrdə uşaqlar ev tapşırıqlarını məktəbdə həll edir, evə gəldikdə isə gündəlik işləri ilə məşğul olurlar. Ancaq Azərbaycanda ev tapşırıqları daha çox evdə edildiyindən əsas yük də valideynlərin üzərinə düşür.

Psixoloqun sözlərinə görə, uşaqlar uzun müddət bir yerdə oturaraq bir işlə məşğul olmadıqları halda dərs edərkən bunu etməyə məcbur olurlar. Amma uşaqlar üçün çox çətin olur. E.Baxışlının fikrincə, belə hallarla bağlı problemin yaranmaması üçün müəllim-ailə sistemi düzgün qurulmalıdır.

Psixoloqun sözlərinə görə, ev tapşırıqlarının düzgün həll edilməsində müəllimlərin böyük rolu var. Müəllimlər dərsləri uşaqlara rahat, aydın şəkildə başa saldıqda onlar ev tapşırıqlarını da rahat həll edirlər: "Nəzərə almaq lazımdır ki, hər valideyn müəllim ola bilməz. Müəllim olaraq dərsi başa sala bilmək tamamilə ayrı bir işdir. "2+9" misalının cavabı çox asandır, amma bunu uşağa başa salmağın mexanizmi çox çətindir. Uşaq bunu qavramalı, onun təfəkkürü buna hazır olmalıdır. Müəllim bunu uşağa elə başa salmalıdır ki, uşaq evdə o misalı həll edə bilsin. Valideynin işi isə sadəcə yoxlamaqdır ki, uşaq dərsini edib, ya etməyib".

Psixoloq deyib ki, bəzən valideynlərin "mənim uşağım hamıdan yaxşı yazmalıdır, şeiri ən yaxşı mənim uşağım deməlidir" kimi yanaşmaları daha çox problem yaradır: "Uşağın psixoloji vəziyyəti, fiziki, əqli imkanları buna qadirdimi? Uşaqların 6-7 yaşı olsa da, onların hamısının fiziki, əqli, psixoloji durumları eyni olmur. Bunlar nəzərə alınmalı, yüklənmə buna uyğun olmalıdır. Valideyn başa düşməlidir ki, bəzi məsələlərə müəllim kimi yanaşa bilməyəcək. O əsəbiləşəcək, uşağı vuracaq, nəticə etibarilə uşaq hər dəfə əlinə qələm aldıqda stress, qorxu keçirməyə başlayacaq ki, səhv edərəmsə, anam məni döyəcək. Ona görə də valideynlərə sual vermək lazımdır: sizin üçün hansı daha vacibdir - uşağın psixoloji sağlamlığı, yoxsa yazısının gözəlliyi?"

E.Baxışlı bildirib ki, adətən, valideynlərin bu məsələdə düzgün yanaşma göstərməməsi uşaqlar 11-12 yaşlarına çatdıqda onlarda özünəinam hissinin itməsinə, depressiya düşməsinə gətirib çıxarır: "Uşaq bacardığı kimi yazmalıdır, bu, zamanla öz yoluna düşəcək. Uşağı tələsdirmək lazım deyil ki, hər şey mütləq əla olsun. Nəzərə alınmalıdır ki, hər uşağın özünün mənimsəmə zamanı var".

Psixoloq hesab edir ki, uşağın I sinif proqramından geri qalması onun sonrakı inkişafına təsir etməyə də bilər: "Dünya təcrübəsi də bunu təsdiq edir. Eynşteyndə də, Nyutonda da belə problemlər olub. Amma bu onların gələcəkdə dahi olmasına mane olmadı. Uşağa yaxşı yazmaq üçün psixoloji, fiziki təzyiq göstərmək onun ümumiyyətlə məktəbə marağının itməsinə gətirib çıxara bilər".

E.Baxışlı bildirib ki, uşaq ev tapşırıqlarını edərkən fasilələr olmalıdır: "Fasilə müddətində onun fikri ev tapşırığından yayındırılmalı, onunla məktəbdə gördükləri işlər və s. barədə söhbət edilməlidir. Bununla həm də uşağın dinləmə qabiliyyəti inkişaf etdirilir".

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor