Tərtərdə dəhşət: oğul valideynlərini qətlə yetirdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-10-2015, 15:08 | Şərh sayı: (0) | Baxılıb: 692
Tərtərdə dəhşət: oğul valideynlərini qətlə yetirdi
Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.
Anspress-in məlumatına görə rayonun Cəmilli kəndində 27 yaşlı oğlan valideynlərinin həyatına son qoyub.
Ruhi xəstə olan kənd sakini Qurban Nəsibov atası, 64 yaşlı Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı qətlə yetirib. Yaxınlarının sözlərinə görə, anasını boğan gənc, atasının baş nahiyəsinə dəmir parçasıyla zərbə endirib.
Hadisəni törətdikdən sonra səhər saatlarında qonşu kəndə, bacısının evinə gedən Qurban yaxınlarına ata-anasının yuxudan oyanmadıqlarını deyib. Qohumıarı baş verən hadisədən bundan sonra xəbər tutublar.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəliblər. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər