Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının aqibəti necə olacaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 17:23 | Şərh sayı: (0) | Baxılıb: 276
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının aqibəti necə olacaq?
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə MTN əməkdaşlarının gələcək fəaliyyəti barədə məsələ diqqət mərkəzinə düşüb.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev məsələyə aydınlıq gətirib.
A.Nağıyev bildirib ki, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır: "Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə MTN əməkdaşlarının sərəncama göndərilməsi prosesinə başlanılacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər