İŞİD, İD yoxsa Daeş? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 10:52 | Şərh sayı: (0) | Baxılıb: 319
İŞİD, İD yoxsa Daeş?
Suriya və İraqda böyük ərazilərə nəzarət edən cihadçı qrup ingilisdilli hökumətlər və media tərəfindən müxtəlif cür adlandırılır.
BMT və ABŞ rəsmiləri Yaxın Şərqin başqa yerlərində də yayılmış qrupu, ümumən İŞİD - İraq və Şamın İslam Dövləti (İSİL - "Islamic State in Iraq and the Levant") adlandırırlar. Müsəlman aləmində Suriyanın adlarından biri Şam olsa da, xristianlar arasında buranın tarixi adı Levant olub.
Qrup bu addan, 2014-cü ilin iyununda özünü "xilafət" elan edəndən və daha qısa İD (ingiliscə İS - İslamic State) İslam Dövləti adlandırandan bəri istifadə etmir.
O vaxtdan BBC də bu təşkilatı "İslam Dövləti qrupu" və ya "özünü İslam Dövləti elan etmiş qrup" adlandırır.
Başqa ingilisdilli medialar İSİL və ya İSİS (azərbaycanca İSİD və ya İŞİD) sözlərindən istifadə edirlər.
Lakin Qərb, xüsusən də fransızdilli mediada Daeş və ya Daiş adları da işlədilir. Bu adlar mənfi məna daşıdığından İD adlanan təşkilatın legitimliyini şübhə altına alır. Bu səbəbdən də qrupun rəğbətliləri bu adı işlətmirlər və xoşlamırlar.
Hərçənd Daeş, İD-in ərəbcə qısaldılmış formasıdır - "əl-Daula əl-İslamiyyə fil İraq vəl Şam".
İD, İŞİD, İSİS, DAEŞ
Bu adları fərqləndirən Şam sözüdür. Şam gah Levant, gah "Böyük Suriya", gah da ümumiyyətlə Dəməşq kimi başa düşülür.
Əş-Şam adı müsəlman tarixinin 7-8-ci əsrlərində işlədilib. 20-ci əsrdə Britaniya və Fransa Suriyanın yeni sərhədlərini "çəkəndən" sonra Şam adı dövriyyədən çıxıb.
Levant sözü isə ingilisdillilər tərəfindən Aralıq dənizindən şərqdəki torpaqların adı kimi işlədilib.
İkinci Dünya Müharibəsindən sonra müstəmləkəçi ölkələr Şam deyiləndə Suriya, İordaniya, Livan, İsrail, Fələstin və cənub-şərqi Türkiyəni başa düşürdülər.
Bütün bunlardan, cihadçıların nəyə görə sonunda İslam Dövləti termininə gəldikləri başa düşülür.
Onlar müstəmləkəçiliklə bağlı adları işlətmək istəməzdilər.
Bu arada Britaniyanın baş naziri David Cameron İD qrupu üçün Daeş terminini işlədib və medianı da nümunə götürməyə çağırıb.
Bununla belə, müxtəlif media qurumları, qəzet və telekanallar sözü gedən adların hamısından istifadə edəcəklərini bildiriblər.
İşlədilən addan asılı olmayaraq, ictimaiyyət söhbətin necə bir təşkilatdan getdiyini bilir.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər