Nazirlik yeni "qaynar xətt" açdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:08 | Şərh sayı: (0) | Baxılıb: 326
Nazirlik yeni "qaynar xətt" açdı
Son zamanlar Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yeni "qaynar xətt" nömrələri fəaliyyətə başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov bildirib ki, mərkəzə daxil olan müraciətlərin sayının çoxluğu nəzərə alaraq, həmçinin müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə yeni "qaynar xətt" nömrələri 594-57-27 və 594-57-37 fəaliyyətə başlayıb: ""Qaynar xətt" nömrələrinə dərman vasitələrinin keyfiyyəti, dövlət qeydiyyatında olan dərman preparatları, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar, alternativ dərman preparatları və bu kimi məlumatlarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə mütəxəssislərimiz tərəfindən qısa müddət ərzində baxılaraq ətraflı məlumatlar verilir, dərman vasitələrinin keyfiyyəti ilə bağlı müraciətlər araşdırılır və lazımi tədbirlər görülür".
M.Süleymanov qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənən dərman vasitələrinin apteklərdə tapılmaması ilə bağlı məlumatlara da münasibət bildirib. O qeyd edib ki, hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınmış eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var. Vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər: "Bütün bunları nəzərə alaraq, Səhiyyə Nazirliyinin Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir. Yeni Qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Və beləliklə də, vətəndaş aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə ona məlumat veriləcək, vətəndaş da büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər