Ölkə Paytaxt məktəbləri soyuqdan donur - nazirlik isə araşdırır... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 10:13 | Şərh sayı: (0) | Baxılıb: 320
Ölkə Paytaxt məktəbləri soyuqdan donur - nazirlik isə araşdırır...
Paytaxtın orta məktəblərində istilik problemi ciddiləşib. Redaksiyamiza gələn çoxsaylı şikayətlər göstərir ki, orta məktəblərə istilik verilmir, şagirdlər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar. Problemin Bakının əksər məktəblərini əhatə etdiyi bildirilir.
Məsələn, Yasamal rayonunda yerləşən 308 saylı məktəbdə uşaqların soyuq sinif otaqlarında dərs keçdiyi, problemin nazirlik səviyyəsinə qədər qaldırıldığı, lakin həllini tapmadığı bildirilir. Valideyn Natiq Bayramov bildirir ki, iki övladı həmin məktəbdə təhsil alır və günlərdir ki, soyuq sinif otaqlarında oturmağa məcburdurlar:
"Uşaqlar 3-cü və 6-cı siniflərdə təhsil alırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var ki, noyabrın 15-dən istilik verilməlidir. Ancaq "otopleniyalar", istilik sistemləri işləmir. Dəfələrlə Təhsil Nazirliyinə, 146-ya, "qaynar xətt"ə zəng etmişəm, işləmir, cavab vermir. Məktəb kimi "qaynar xətt" də donub.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrindən mənə cavab verirlər ki, onlara təsir etmək rıçağı yoxdur. Nazirləq Kabineti də deyir ki, qaz yoxdur. Məktəb Təhsil Nazirliyinin öz balansındadır, "Azəristiliy"in balansında deyil. Nazirlik niyə bunu həll etmir? Gələn qışamı hazırlaşırlar? Sonuncu cavabları o oldu ki, Yasamal Rayon Qaz İdarəsi ilə Bakı Baş Təhsil İdarəsi hesablaşmayıblar. Qaz pulunu Təhsil İdarəsi bu gün ödəyib, Qaz İdarəsinin isə hələ qazı açmaq fikri yoxdur. Nəticədə uşaqlarımız məktəbdə donurlar".
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məktəblərdə istiliyin olmaması ilə bağlı problemləri araşdırırlar. Onun sözlərinə görə, nazirliyə bu mövzuda gələn tək-tək şikayətlər də araşdırılır.
"Yeni Müsavat"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər