Nazirliyin göstərişindən xəbərdar olun: "Həkimin ixtiyarı yoxdur!" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 248
Nazirliyin göstərişindən xəbərdar olun: "Həkimin ixtiyarı yoxdur!"
Vətəndaş reseptlə aptekə yaxınlaşdıqda əczaçı yazılan tərkibə uyğun satışda olan bütün dərman vasitələri və onların qiymətləri haqqında ona məlumat verməyə borcludur. Alıcı özü büdcəsinə uyğun şəkildə dərman vasitələri arasında seçim etməlidir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət İnspeksiyasının müdir müavini Pərviz Əzizbəyov "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"nın tətbiqindən sonra əczaçıların dərman şirkətləri ilə əməkdaşlıq edə bilməsi ehtimalına münasibət bildirərkən deyib.
P.Əzizbəyov bildirib ki, əgər əczaçı alıcını istiqamətləndirərsə, o, SN-nin "Qaynar xətt"inə müraciət edə bilər: "Bütün apteklərin üzərində "Qaynar xətt" nömrələri var. Ancaq biz də öz növbəmizdə apteklərdə dərman vasitələrinin satışına nəzarət edəcək, monitorinqlər aparacağıq. Hər hansı qanunsuzluq aşkar edilərsə, əlbəttə ki, buna qarsı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək".
P.Əzizbəyov əlavə edib ki, həkimin də reseptlə dərmanın molekulyar tərkibini yazdıqdan sonra pasiyentə: "Bu tərkibli filan dərmanı alarsan", - deməyə ixtiyarı yoxdur.
Mərkəz rəsmisi qeyd edib ki, noyabrın 6-dan etibarən qüvvəyə minən yeni qərara əsasən, reseptlərə dərman vasitəsinin beynəlxalq patentləşdirilməyən adı, onun buraxılış forması, dozası və istifadə qaydaları yazılır. Yalnız təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməyən adının olmadığı, yaxud tərkibində 3 və daha artıq təsiredici maddə olduğu halda reseptdə onun ticarət adı yazıla bilər.
Mütəxəssis həmçinin həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılmasının da qadağan olunduğunu bildirib: "Resept blanklarında hər hansı düzəlişə yol verilmir. Tələblərə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Adi reseptlərin etibarlılıq müddəli 90 gün, ödənişsiz dərman vasilələrinə isə 30 gündür. Ödənişsiz reseptin əsas hissəsi 3 il ərzində aptek təşkilalında saxlanılmalı, bu müddətdən sonra isə arxivləşdirilməlidir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər