Səhiyyə Nazirliyindən "donuz qripi" ilə bağlı AÇIQLAMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:08 | Şərh sayı: (0) | Baxılıb: 277
Səhiyyə Nazirliyindən "donuz qripi" ilə bağlı AÇIQLAMA
"Azərbaycanda "donuz qripi" (A/H1 N1-red.) ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb. Epidemioloji durum daim nəzarət altındadır".
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "donuz qripi" təhlükəsinə görə Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarına hər hansı bir müraciət daxil olmayıb.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir.
Qeyd edək ki, İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər