Nazir Mustafayevdən maaş müjdəsi: "Artacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 14:36 | Şərh sayı: (0) | Baxılıb: 446
Nazir Mustafayevdən maaş müjdəsi: "Artacaq"
Builki büdcə və ümumilikdə ölkənin inkişaf konsepsiyasında makroqitisadi sabitliyin qorunması, diversifikasiyanın sürətlənməsi müəyyən edilib.
Trend-in məlumatına görə, bunu İqtisadi inkişaf naziri Şahin Mustafayev parlamentin büdcə zərfinə həsr olunmuş plenar iclasında səsləndirib.
Nazir qeyd edib ki, büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilib, neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib: "Nəticədə qabaqlayıcı tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə hazırlanıb. Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artırıb. Həmçinin ölkədə qeyri-neft sektounun inkişafı imkan verir ki, ölkənin ümumilikdə iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin".
Nazir əlavə edib ki, gələn ilin tikinti sektorunda 4,6 faiz azalma olacaq: "İnformasiya və rabitə texnologiyaları sahəsində inkişaf davam edəcək. Bu ilin sonuna 13,3 faiz artım nəzərdə tutulur, növbəti üç ildə isə 10, 3 faiz artım proqnozlaşdırılır. Gələn ildə yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək. Sosial proqarmın icrası təmin ediləcək. Orta aylıq əmək haqqı artaraq 475,5 manat təşkil edəcək".
Eyni zamanda, dövlət başçısının təklifi ilə dərman bazarında vəziyyətlə bağlı 2200-ə yaxın dərmanın qiyməti müəyyən edilib. 53 faizinin iki dəfədən çox, 28 faizinin isə qiyməti üç dəfədən çox endirilib. Bu proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənə kimi davam etdiriləcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər