Bakı sakini yeni silah ixtira edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 14:42 | Şərh sayı: (0) | Baxılıb: 280
Bakı sakini yeni silah ixtira edib
Paytaxt sakini yeni silah növü kəşf etdiyini iddia edir.
Yazdığı məktubda silah ixtira etdiyini deyən Tahir Əliyev diqqətimizdən yayınmadı. Görüş zamanı bizə bir çox silah və texniki vasitələrin sexmlərini gösətərən Tahir Əliyev ən çox müdafiə sənayəsi sahəsində işlər gördüyünü deyir.
Neft-kimya sahəsi üzrə ali təhsilli olan müsahibim, sonradan Moskvada bir neçə il təkmilləşdirmə sahəsi üzrə elmi işlərlə də məşğul olub.
Son ixtirası kimi qələmə verdiyi odlu silahdan açılan güllələri tutanın sxemini bizə göstərsə də, hazırladığı nümunəni çəkməyə icazə vermədi. O, bu ixtirasını Azərbaycan üçün hazırladığını deyir.
"Məxfiliyi qorumaq məqsədi ilə bu barədə məlumat verə bilmərəm. Çünki, bu ermənilərin əlinə düşə bilər. Odlu silanda açılan bütün güllənin hamısını tutur. Hazırdan bu silahın maketini düzəltmişəm. Mən aidiyyati qurumlardan cavab gözləyirəm. Burada əsgərin həyatı həll olunur, yanlışlığa yol vermək olmaz", - deyə Tahir Əliyev bildirib.
Müdafiə Sənayesi Nazirliyi Tahir Əliyevin müraciətini cavabsız qoymayıb.
Məktubla cavab verən nazirlik, onun bu ixtirasının patentləşdirib daha sonra nazirliyə müraciət etməyini məsləhət görüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər