Ermənini öldürüb girovluqdan qaçan Xocavənd sakini |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 20:34 | Şərh sayı: (0) | Baxılıb: 346
Ermənini öldürüb girovluqdan qaçan Xocavənd sakini
Xocavənd rayonu ərazisinin işğalı zamanı xeyli rayon sakini ermənilər tərəfindən girov götürülüb. Onlar işgəncələrə məruz qalıblar.
Gəray Balakişiyev də 13 günlük girovluq həyatı yaşayanlardandır.
Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, Xocavənd rayon sakini Gəray Balakişiyev Qarabağ uğrunda döyüşlər başlayan gündən Erməni Silahlı Qüvvələrinə qarşı yaradılan ərazi özünümüdafiə batalyonunun üzvü olub. Hücumların qarşısının alınmasında iştirak edib. Bir gün "alazan" raket qurğusu gətirərkən girov götürülüb. O, 13 günlük girovluq həyatı yaşayıb: "O vaxt bizdə silah yox idi. Hamımız silahsız idik. Bir dənə qurğu "alazan" idi. Bizi, 7 nəfəri tutub apardılar. Birimizi orada tapança ilə vurub, öldürdülər. Altımızı yerin altında saxladılar".
Girovluğun on üçüncü günü isə Gəray onlara nəzarət edən erməni silahlısını öldürərək qaçmağa müvəffəq olub. Gəray Balakişiyev onunla birlikdə olan yaralı yoldaşını da özü ilə gətirib: "Soyuq, şaxtalı hava idi. Ayaqqabı yox, paltar yox, çılpaq. Erməni mənə dedi ki, peçə odun qoy. Mən də baltanı götürüb odun doğramağa getdim. O da yanımda idi. O qızışırdı. Başını qatdım, girəvə düşən kimi balta ilə başına vurdum. O peçin üstünə yıxıldı, yanmağa başladı. Avtomatı götürdüm. Yoldaşımı da götürüb dağlarla, Muğanlı kəndinə qaçdıq".
Gəray Balakişiyev deyir ki, çəkdikləri əzab və işgəncələr onları qorxutmayıb. Əksinə, daha mətin və dözümlü olmağı öyrədib. İndi onun yeganə arzusu işğal altındakı Azərbaycan torpaqlarını azad görməkdir.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər