Azərbaycanda polisə əlavə səlahiyyət verilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-12-2015, 23:41 | Şərh sayı: (0) | Baxılıb: 308
Azərbaycanda polisə əlavə səlahiyyət verilir
Bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə əlavə səlahiyyət verilməsi ilə bağlı "Polis haqqında" qanuna təklif olunan əlavə layihəsi müzakirəyə çıxarılacaq.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər