Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaqlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 00:05 | Şərh sayı: (0) | Baxılıb: 280
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaqlar
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaqlar.
APA-nın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsində təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən 168-1.2 maddəsinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər