"İtkin düşənlərin xilasetmə işləri axıradək davam etdiriləcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 19:30 | Şərh sayı: (0) | Baxılıb: 362
"İtkin düşənlərin xilasetmə işləri axıradək davam etdiriləcək"
"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının söndürülməsi üçün əlavə tədbirlər planı hazırlayır.
Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.
B.Ağarəhimov bildirib ki, hazırda yanğın davam edir: "Platformada yanğın quyularda baş verir".
Onun sözlərinə görə, tədbirlər planına yanğının yeni avadanlıqlardan isifadə etməklə (köpüklə söndürmə və s.) söndürülməsi də daxil edilib: "Maksimum çalışıb, bu gün, sabah axtarışların əsas hissəsini görmək istəyirik. Əlavə gəmi də cəlb etmək istəyirik. Küləyin sürəti 20-25 metr olanda da, axtarışları davam etdirəcəyik".
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin xilasetmə işləri axıradək davam etdiriləcək. Texniki vəsaitlərimiz və qüvvələrimiz buna tam imkan verir".
Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.
B.Ağarəhimov bildirib ki, şəxsiyyəti müəyyən edilən 2 nəfərin əynində xilasetmə jileti olub: "Dənizdə adamsız olan xilasetmə jiletləri də olub. Bundan sonra tapılan cəsədlərdə xilasetmə jiletləri olmaya bilər, çünki onlar əyindən çıxır".
O əlavə edib ki, hadisə baş verən gün hava şəraiti ilə əlaqədar iş rejimi olmayıb: "Əgər iş olsaydı, onda hamı platformada həlak olardı və heç kəsi də xilas etmək mümkün olmazdı".
Baş mühəndis bildirib ki, itkin düşənlərin axtarışı üçün artıq 501 saylı meydançanın bütün sahəsi araşdırılıb və xilasedicilər növbəti sahələrə hərəkət etməyə başlayıblar: "Artıq Fövqəladə Hallar Nazirliyi daha bir vertolyotu "Günəşli" sahəsinə göndərib. Sualtı axtarış işləri ilə əlaqədar Geofizika İdarəsi "Neft Daşları"nda ikinci dalğıc qrupunu işə qoşub".
B.Ağarəhimov deyib ki, 10 saylı özülün ətrafında gəmi xüsusi sualtı avadanlıqlar vasitəsilə axtarış işlərini davam etdirir.
Onun sözlərimə görə, yanğının söndürülməsi üçün sahəyə əlavə qüvvələr cəlb olunub: "Hazırda yanğının lokallaşdırılması üçün işlər görülür".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər