RSS
 

Login:
Şifrə:
» » 10 nömrəli platforma - Hadisənin təsviri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






10 nömrəli platforma - Hadisənin təsviri

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 19:07 | Şərh sayı: (0) | Baxılıb: 719

10 nömrəli platforma - Hadisənin təsviri


10 nömrəli platforma - Hadisənin təsviri


Dekabrın 4-də Azərbaycanın neft sənayesində ən böyük faciə baş verdi. Dənizdə neft platformasında təbii fəlakət səbəbindən baş verən yanğın nəticəsində çoxlu sayda neftçi həlak oldu.

Ixlas.Az qafqazinfo-ya istinadən xəbər verir ki, caspianbarrel.org saytının rəhbəri İlham Şabanın hadisə ilə bağlı hazırladığı xronoloji materialda bildirilir ki, belə bir hadisə masştabına görə, hətta 1957-ci il noyabrın 22-nə keçən gecə "Neft Daşları" yatağında baş verən faciəni də geridə qoydu - o zaman əfsanəvi qazma ustası, Sosialist Əməyi Qəhrəmanı Mixail Koveroçkin də daxil olmaqla 22 neftçi Xəzərin sularına qərq olmuşdu.

"Qara daşlardan" 10 N-li platformaya

Yanğın hadisəsi 4 dekabr 2015-ci il saat 17.36-da "Azneft" İstehsalat Birliyinin (Dövlət Neft Şirkətinin hasilatçı strukturu) 28 May adına Neft və Qaz Çıxarma İdarəsinə məxsus dayazsulu "Günəşli" yatağında yerləşən 10 N-li stasionar platformada baş verib. Məhz həmin anda AR Fövqəladə Hallar Nazirliyinin dənizdə keşik çəkən xüsusi gəmisi "SOS" siqnalı qəbul edib. Və gəmi hadisə yerinə yaxınlaşıb. Ancaq dalğaların 10 metr hündürlüyü səbəbindən göydən sallanmış şəkildə qalan, platforma ilə dəniz arasında mövqe tutmuş iki qayıqda kömək gözləyən neftçiləri xilas edə bilməyib. Bu anda digər gəmiləri də köməyə çağırıblar.

Hadisəyə reaksiya

Azərbaycan mediasında ilk xəbərlər saat 19.45-də yayıldı. Və bundan sonra SOCAR-ın mətbuat xidməti, sanki, "top atəşinə" tutuldu. Cavab isə qısa idi: bir qədər sonra rəsmi açıqlama olacaq.

Saat 20.40-da SOCAR-ın ilk açıqlamasına görə, ""Günəşli" yatağının dayazsulu hissəsindəki 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur". Məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsi ilə təxliyə işləri həyata keçirilir.

Həmin gün ANS TV SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən xəbərlər yaydı ki, platformada insan itkisi yoxdur. Və bunu da KİV-lər tirajladı və səhəri gün faciə ilə bağlı ilk xəbərlər gələndə sosial şəbəkələrdə SOCAR rəhbərliyi əleyhinə "faciəni gizlətməyə cəhd etməyə" görə xeyli ittihamlara rast gəlmək mümkün idi.

Bəs, əslində, vəziyyət necə olmuşdu, Abdullayev doğrudanmı faciəni bilərəkdən gizlətməyə cəhd etmişdi, yoxsa ANS yanlışlığa yol vermişdi?

Xoşbəxt Yusifzadənin hadisə ilə bağlı açıqlaması

Bu obyektdə yanğının baş verməsinin texniki təhlükəsizlik məsələləri baxımından, əslində, platformaya heç bir dəxli yoxdur. Çünki platforma bütün göstəricilərinə görə, həm neft quyularının istismarı, həm qaz-kondesat quyularının istismarı, həm orada yerləşən digər texniki və yardımçı obyektlərin istismarı baxımından bu tələblərə cavab verir. Əks təqdirdə 1984-cü ildən tikilmiş bir platformanı indiyə qədər açıq dəniz şəraitində istismar etmək mümkün olmazdı.

SOCAR rəsmisinin sözlərinə görə, neft quyularının lay təzyiqini təmin etmək üçün onlara qaz vurulması prosesi gedir. Bunun üçün digər platformalardan sualtı qaz kəməri ilə 10N-li platformaya 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xətti çəkilibmiş və o dayaq hissədən üst hissəyə qaldırılaraq quyuların istismar prosesinə daxil edildi. Tufanın həddən artıq şiddətli və 27 saata qədər davam etməsi bu boruda zədə əmələ gətirib ki, buradan da yanğın baş verib. Nəticədə yanğın neft buruqlarına keçib.

Qaz partlayışı ilə platformada enerji sistemi kəsilib, işıqlar sönüb. Bu zaman platformada olan neftçilər iki xilasedici qayığa minərək təlimata uyğun olaraq hadisə yerini tərk etmək istəyiblər. Ancaq onlar bunu edə bilməyiblər, çünki dalğaların hündürlüyü 10 metrə qədər imiş və düşünüblər ki, əgər dəniz səviyyəsinə enərlərsə, güclü qasırğa onları platformanın dəmir dirəklərinə çırparaq məhv edər. Bu həqiqətə uyğun bir versiyadır. Yuxarıda da qalmayıblar, çünki yanan neft və qazın tüstüsü həm nəfəs almağa imkan vermirmiş, həm də təhlkəli temperatur varmış (dəyişkən külək istiqamətində). Ona görə də qərara gəliblər ki, qayıqları platformanın üst hissəsi ilə dalğaların üst qatı arasında saxlasınlar və kömək gözləsinləsinlər. Əslində, gəmilər platformanın yaxınlığında idi o zaman, sadəcə, hava şəraitinin nisbətən imkan verəcəyini gözləyirlərmiş ki, platformaya yaxınlaşa bilsinlər.

Faciə anı - 22.45

Bəli bir çox neftçilər üçün bu an sonuncu dəfə bir göz qırpımında da olsa yanan 10 N-li platformanın sayrışan işıqlarında qaranlıq gecədə nəsə görmək imkanı oldu...Niyə sonuncu dəfə yazıram, çünki platformadan asılan həmin qayıqlardan birini qasırğa əvvəlcə yelləyib dəmir bloklara vurur və sonra onu saxlayan zəncir qırılır, sonra digəri tab gətirmir və o yüksəklikdən qayıq suya qərq olur. Ancaq qayıq üstü örtülü və yumurta formasında idi, onun batması üçün o dağılmalı idi...belə də oldu. Sonrakı kadrları izləyərkən görürük ki, onun bir hissəsi platformanın dayaq hissələri yanında parça-parça olunmuş şəkildədir, yəni dalğalar onu dəmirlərə vurub darmadağın ediblər.

Sonrakı gün FHN-nin helikopterləri həmin qayığın hissəsini nə az, nə çox düz 50 km cənubda tapacaqlar...
İndi bəlli olurmu ki, SOCAR rəhbərinə istinadən 4 dekabr saat 22-23-də yayılan xəbərlərdə niyə insan itkisi ilə bağlı xəbərlər yer almırdı.

İtkilər

Bu hadisə ilə bağlı ən müəmmalı an heç itkilərlə bağlı deyildi. Hamını düşündürən ilk sual bu idi ki, yanan 10N-li platformada neçə nəfər olub? Təəssüf ki, bu suala SOCAR-ın cəmiyyət üçün ilk açıqlamasında cavab yox idi. Və bundan sonra da sosial şəbəkələrdə, internet saytlarda, elə qəzetlərdə də müxtəlif rəqəmlərin rast gəlinməsi adi qarşılanmalı idi. Ara-sıra sükutu Neftçilərin Hüquqularını Müdafiə Komitəsinin açıqlamaları pozurdu ki, onlar da buraya gələn müraciətlər əsasında bəyanatlar yayırdılar. Ancaq yenə şübhələr qalmaqda idi.

Hətta hadisədən 26 saatdan sonra ictimaiyyət üçün birgə açıqlanan Baş Prokurorluğun, SOCAR və FHN məlumatı belə bu hadisəyə bir aydınlıq gətirmədi. Aydınlıq gətirilən yeganə şey artıq dekabrın 5-də saat 19.30-da hadisənin masştabının ictimaiyyət üçün təsviri idi.

Dekabrın 6-da "Azneft" İB-də keçirilən mətbuat konfransında isə bəlli oldu ki, 10N-li platformada 63 nəfər işçi heyəti varmış. Onlardan 15 nəfəri tikinti və qazma briqadasının üzvləri imiş. Çünki bu platformada SOCAR daha 4 quyu qazmağı planlaşdırırmış və onlar bu işlərlə bağlı məsələləri həyata keçirirlərmiş. Əks təqdirdə heyətin sayı 48 nəfər olmalıymış.

Beləliklə, bu 63 nəfərdən 26 nəfəri bir qayığa minir, digər 34 nəfəri digər qayığa. 3 nəfər isə minmirlər, onlar platformanın bir hissəsində gizlənirlər. Platformada 4 qayıq var. SOCAR-ın açıqlamasına görə, qayıqların hər biri 42 nəfər üçün nəzərdə tutulub və onlar Cənubi Koreya istehsalıdırlar.

Bu qayıqlardan biri, içərisində 34 nəfər olan saat 22.45-də tufanının fəsadları nəticəsində Xəzərə çırpılır və dağılır. Onun içərisindən cəmi 3 nəfər çıxa bilir. 1 nəfər platformanın dəmirlərindən tutaraq canını xilas edib və sonra onun köməyinə xilasedilicər gəlib. Digəri isə parçalanmıç qayığın parçası üzərində bir müddət qaldıqdan sonra gəmidən onu göyərtəyə qaldırıblar.

Həmin gecə qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb. Bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir. Sonrakı axtarışlar zamanı daha 1 nəfərin meyitini tapmaq mümkün olub.

26 nəfərin olduğu qayığı isə külək platformanın dayaqları arasına salır və sanki onu ora yerləşdirir. Səhərisi gün SOCAR prezidenti Rövnəq Abdullayevin təkidi ilə onun olduğu helikopter yanan platforma üzərinə bir-neçə cəhdən sonra enə bilir və endiyi yerin döşəməsindən bir parça kəsərək ordan kəndirlərlə neftçiləri xilas edirlər və sonra qonşu platformaya və daha sonra Bakıya çatdırırlar.

Beləliklə, hazırda 29 nəfər itkin düşmüş hesab edilir.

Axtarış

Axtarışa FHN-in bir təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.

Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

"Azneft"ə dəyən ziyan

10N-li platformanın texniki-iqtisadi göstəriciləri ilə bağlı ünvanladığım bu sualımı ən yaxşı "Azneft"İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov cavblandırdı. Onun sözlərinə görə, platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrdir.

Burdan belə nəticə çıxartmaq olar ki, maddi itki hazırda budur. Günlərin sayına vurmaqla təqribi hesab etmək olar nə qədər neft yanır (qaz artıq kəsilib). Təbii ki, bir də quyuların bərpa edilməsi.
Yanğın nə zaman söndürülə bilər?

"Azneft" İstehsalat Birliyinin baş mühəndisi çox optimist proqnozla çıxış edib. Onun sözlərinə görə, artıq dekabrın 7-də yanğını söndürmək olar.

Ancaq realıq bundan ibarətdir ki, neft quyularına qazın vurulması kəsilsə də, bu o demək deyil ki, laydan quyu ağzına neftin çıxması prosesi dayanıb. Bu proses tədricən zəifləyib dayanmalıdır. Mütəxəssislərin dediklərinə görə, əgər nəzərə alsaq ki, həmin laylar artıq "qocalıq" dövrünə qədəm qoyublar, onda 1 həftəyə qədər bu proses davam edər. Həm də yanğın zəiflədikcə onun söndürülməsi üçün mexaniki üsullardan da istifadə tədbirləri gücləndirilməlidir. Ancaq burada br məsələni nəzərə almaq lazımdır ki, yanma əslində neftin dənizə axmasının qarşısını alır, dəniz səthinin çirklənməsinə səbəb olmur. Ona görə də bu proses tənzimlənməlidir: sönmə prosesi baş verən kimi quyuların platformada bağlanması dərhal həyata keçirilməlidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor