"Gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 16:48 | Şərh sayı: (1) | Baxılıb: 740
"Gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib"
SOCAR itən neftçilərin tapılmasına və platformada yanğının söndürülməsinə çalışır.
Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat konfransında deyib.
"Dekabr ayının 4-də güclü külək baş verdi və küləyin sürəti saniyədə 38-40 metrə çatdı və çox davam etdi. Adətən külək 4-5 saat dava edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi. Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb. Lakin küləyin güclülüyü və ləpənin hündürlüyü imkan vermirdi ki, gəmilər platformaya yaxınlaşıb qayıqlarda olan insanları xilas etsin. Qayığın biri qırılıb və insanlar suya düşüb. Baxmayaraq ki, onların jileti olub, dalğanın hündürlüyü və küləyin gücü onlara çətinlik yaradıb.
Qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub. İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir.
Hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir.
Bu gün matəm günü elan olunub. İnsanın xoşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur.
Dalğa və külək güclü olduğu üçün gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib" - X.Yusifzadə deyib.
Yanğın baş verən platformada ümumilikdə 63 insan çalışırdı. Hazırda onlardan 29 nəfər itkin düşmüş sayılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər