"Qayığa minən mindi" - 12 saat gözləyən çilingər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 15:38 | Şərh sayı: (1) | Baxılıb: 602
"Qayığa minən mindi" - 12 saat gözləyən çilingər
Faciədən xilas edilənlərdən bir də 30 yaşlı Rəman Orucovdur.
"Günəşli" yatağında çilingər işləyən Rəman qafqazinfo-ya danışır ki, qayıqda 10-12 saat gözləyib:
"Qəza qəflətən oldu. Tez qayıqlara mindik. Yuxarıda nəfəs almaq olmadığı üçün qayıqları bir az aşağı endirdik və xilasedicilər gələnə qədər 10-12 saat orada gözlədik. Qayıqda 26 nəfər var idi. Tüstü və hava şəraitinə görə heç nə görmək olmurdu. Ona görə də, digər qayıqdan xəbərim olmayıb. Elə bir məqam yaranmışdı ki, qayığa minən mindi. Digər qayıqdan isə ondan sonra xəbər tuta bilmədik".
Çilingərin sözlərinə görə, platformada 4 qayıq olub:
"Biz adam sayına görə 2 qayıq endirmişdik. Təxminən 60 nəfər olar, neçə nəfər olduğunu dəqiq deyə bilmərəm, çünki tez-tez gəlib gedən olur. Bizim, sadəcə, şansımız gətirdi, sağ qaldıq. Allah o hisləri heç kimə yaşatmasın, hələ də sağ qaldığıma inanmıram".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər