Telekanal rəsmisi: "Reklamları da dayandırdıq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 19:06 | Şərh sayı: (0) | Baxılıb: 264
Telekanal rəsmisi: "Reklamları da dayandırdıq"
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində 1 günlük matəm elan olunduğu andan Region TV həmin günə olan efir proqramında dəyişiklik etmişdir".
Bunu mətbuata açıqlamasında Region TV-nin mətbuat katibi İsmayıl Həsənov bildirib.
Kanal rəsmisi, eyni zamanda, onu da vurğulayıb ki, efir proqramındakı dəyişiklik 3 gün müddətində davam edəcəkdir.
İ.Həsənov: ""Reklam yayımı haqqında" Qanunun 20.8-ci maddəsini əsas tutaraq, matəm günü efirimizdə reklam xarakterli teleməhsulların da yayımını dayandırdıq. "Region TV" kollektivi olaraq, faciə nəticəsində vəfat edənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər