Azərbaycanda peyğəmbərin adı niyə qadağan edildi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 22:04 | Şərh sayı: (0) | Baxılıb: 1058
Azərbaycanda peyğəmbərin adı niyə qadağan edildi?
Xəbər saytlarındakı bir yazı diqqətimi çəkdi, söhbət yeni doğulmuş körpələrə verilməsi qadağan edilən adlardan gedirdi. Deməli, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya bu məlumatı verib ki, bir sıra adlar daha qadağan edildi. Bir anlığa fikirə getdim ki, axı uşağa ad qoymaq valideynin hüququdur, buna kim qarışa bilər ? (düzdür ki, hz. Peyqəmbərimiz övlada yaxşı ad qoymağı tövsiyə edib), digər tərəfdən əgər uşaq gələcəkdə öz adını bəyənməsə, 18 yaşına çatdıqda özü də adını dəyişdirə də bilər, amma söhbətin mövzusu bu deyil. Əslində bəzən uşaqlara qoyulan mənasız və gələcəkdə onu utandıracaq adların qoyulmasının qarşısının alınması özü özlüyündə müsbət addımdı. Lakin bu addımlar da düşünülmüş atılmalıdır.
Məsələn, siyahıda maraq doğuran məqamlardan biri o idi ki, bu gündən sonra övladlarımıza NUH Peyqəmbərin adını qoymaq qadağan edilir. Sual meydana çıxır ki, nə üçün İbrahim, Musa, İsa, Yusif peyqəmbərlərin adları yox, məhz NUH peyqəmbərin adına qadağa qoyulub ?
Digər tərəfdən də siyahını oxuyub çox fikirləşdim, nə üçün uşaqlarımıza ərəbcə Abdulla adı qoymaq olar amma öz dilimizdəki tərcüməsi TANRIQULU qadağandır? və ya Səyyad olar amma tərcüməsi OVÇU olmaz, Buta, Güldəstə olar amma ÇƏLƏNG olmaz, Gündüz olar amma SABAH olmaz, Bəhruz (fars dilində yaxşı gün) olar amma RUZBEH (fars dilində gün yaxşı) olmaz, ərəbcə Nuran, Nuranə olar amma öz dilimizdə PARLAQ və İŞIQLI olmaz, Ziynət və ya Zinyət (ərəbcə) olar amma tərcüməsi BƏZƏK olmaz, ərəbcə Murad olar amma tərcüməsi İSTƏK olmaz, Ərəbcə Əvəz olar amma eyni sözün ərəb dilindəki sinonimi BƏDİL olmaz.
Sonda isə bunu da qeyd etmək yerinə düşər ki, dilçi mütəxəssis olduğuma baxmayaraq, məlumatı verən hörmətli sədr müavininin adının (SAYALI) mənasını öyrənə bilmədim.
Siyahıda hər dəfəki kimi keçən əsrin ortalarınada nadir hallarda qoyulan adlar da yer tutub (SOVXOZ, KOLXOZ,KOMSOMOL,TRAKTOR), amma hal-hazırda bu adlardan kiminsə istifadə etməsi inandırıcı deyil, nədənsə hər dəfə ad qadağasından söz düşəndə belə adlar misal göstərilir.
Qadağan edilmiş adlardan bəzi nümunələr :
Gerçək, Güldan, Gülməşəkər, Həmdəm, Xeyirxah, İstək, İşıqlı, Nuh, Ovçu, Parlaq, Rəğbət, Ruzbeh, Sabah, Talış, Tanrıqulu, Bədil, Bəzək, Əhya, Əyyar, Ərəb, Ətir, Dəfinə, Çələng, Faiz, Təbib, Üqba.
Hacı Mirhəmid Məmmədov,
“İmam Rza (ə)” məscidi axundu
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər