ANS-in cəzalandırılmasına səbəblərdən biri də hicabın təhqiridir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 02:01 | Şərh sayı: (0) | Baxılıb: 364
ANS-in cəzalandırılmasına səbəblərdən biri də hicabın təhqiridir
Təvəkkül Dadaşov bildirib ki, vaxtilə bu problemlə bağlı kanala xəbərdarlıq da olunub: Telekanalın efirində 22 fevral 2013-cü il tarixdə gecə saatlarında yayımlanan bədii film əxlaqsızı tərənnüm edib, pornoqrafik kadrlar göstərilib. Filmin süjet xətti əxlaqi-mənəvi cəhətdən yolverilməz olub. Bu faktlar əsasında MTRŞ ANS TV-yə xəbardarlıq etmişdi. Şəxsən Mirşahin Ağayev o zaman xahiş etdi ki, bu məsələ mətbuatda işıqlandırılmasın. Şöbə müdiri ANS TV-nin verilişlərində qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı misallar da gətirib. 30 may 2015-ci il tarixdə saat 13.00-15.00 arası yayımlanan “İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzova qara rəngdə hicab, çarşab geyən xanımlarla rəngarəng, açıq tonlu hicab geyinən xanımları müqayisə edərkən birincilərlə bağlı “O cür qara-qura geyinən, neqativ arvadlar bayquşa oxşayır” ifadəsini işlədib. Bundan başqa verilişdə irqi-ayrıseçkilik fikirləri aşılayan söhbət də olub. Bu verilişdə baş verən hallarla bağlı qurumun “qaynar xətt”nə çoxsaylı tamaşaçı şikayətləri daxil olub. “Sən tək deyilsən” verilişində bir sıra hallarda verilişə müraciət edən insanlar ələ salınır, onların şərəf və ləyaqəti alçaldılırdı, bəzən isə hətta aparıcı və ekspertlər tərəfindən də təhqirə məruz qalırdılar. Məsələn, verilişin yeni mövsümdəki buraxılışlarından birində, konkret olaraq 14 sentyabr 2015-ci il tarixdə aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən studiyada nitqində və dayaq-hərəkət sistemində qüsuru olan bir xanımın şərəf və ləyaqəti təhqir edilib (saat 17:13). Belə ki, verilişə evlənmək üçün müraciət etmiş Ruslan adlı şəxsə həmin qızı göstərməklə “35 yaşında qızdır. Ailə qurmaq istəyərsənmi onunla?” deyə istehzalı şəkildə müraciət edib. Halbuki, qız evlənmək niyyəti ilə deyil, başqa problemlə bağlı verilişdə iştirak edirdi. Bu zaman həm aparıcı, həm də studiyada əyləşənlər gülürdülər. ANS televiziyasının efirində bu kimi hallarla bağlı kifayət qədər çox faktlar var ki, sadəcə bir neçəsini sadaladıq. TV-lərin hər birinin yayımladığı verilişlərin videoçəkilişləri bizdə var. MTRŞ boşuna deyil, faktlar əsasında danışır. Sadaladığım bütün neqativ hallar “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.9-cu maddəsinə (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 2.9-cu (efirdə ədəbsiz ifadələrin işlədilməsi saat 07.00-dan 23.00-dək yolverilməzdir) maddəsinə ziddir. ANS bizim telekanalla qərəzli olduğumuzu yenə də düşünürsə və öz verilişlərindən xəbərsizdirsə, Şuranın monitorinq bölümündə aparılan monitorinqin nəticələri ilə daha yaxından tanış ola bilər”.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər