Daha bir ilahiyyatçı polisə çağırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 23:33 | Şərh sayı: (0) | Baxılıb: 408
Daha bir ilahiyyatçı polisə çağırıldı
Tanınmış ilahiyyatçı Elman Ağazadə saxlanılıb.
Milli.Az xəbər verir ki, azadxeber.az-a daxil olan məlumata görə, ilahiyyatçının Lənkaran şəhərində polis bölməsinə çağırıldığı bildirilir.
E.Ağazadənin hansı bölmədə və nə səbəbdən saxlanıldığı məlum deyil.
Qeyd edək ki, son zamanlar dini camiədə gərginlik müşahidə olunur. Bundan əvvəl "Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale Bağırzadə Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
Saytın daha sonr verdiyi məlumata görə isə, ilahiyyatçı Elman Ağazədənin polis bölməsindən sərbəst buraxıldığı deyilir. Məlumata görə, onu Tale Bağırzadəyə qarşı münasibət bildirdiyinə görə, bölməyə çağırıblar. Polis əməkdaşları E.Ağazadəyə dediyi sözləri geri götürməsini tələb ediblər. Lakin ilahiyyatçı bununla razılaşmayıb.
Xatırladaq ki, Elman Ağazadə MBH-nın sədrinə qarşı edilən zorakılığı pisləyib və həmin şəxsin cəzalandırılmasını tələb edib: "Əgər cəzalandırılmasa, o zaman ruhanilər və möminlər oturub bir şey düşünməlidir ki, bu məsələ belə qalmasın".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər