Nazirlikdən erməni hərbiçilərinin ölməsi xəbərinə - Reaksiya |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 16:14 | Şərh sayı: (0) | Baxılıb: 335
Nazirlikdən erməni hərbiçilərinin ölməsi xəbərinə - Reaksiya
Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə erməni mətbuatının yaydığı xəbərlərə cavab verib. “Qafqazinfo” xəbər verir ki, nazirlik yayılan məlumatların dezinformasiya xarakteri daşıdığını bildirib:
“Həqiqətdə isə müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub. Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.
Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır.
Müdafiə Nazirliyi bildirir ki, bu istiqamətdəki bölmələrimiz yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər”.
Qafqazinfo
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər