Xuzu və xuşu halı nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-04-2017, 14:37 | Şərh sayı: (0) | Baxılıb: 184
Xuzu və xuşu halı nə deməkdir?
Sual: Xuzu və xuşu halı nə deməkdir?
Cavab: Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və bu halın içində olmalıdır. Xuzu bəndənin Allah qarşısında təzim etdiyini bütün bədən üzvləri ilə göstərməsidir. Xuzu halında olan bəndə Allahla müqayisədə nə qədər aşağı və zəif olduğunu anlayır, bunu öz duruşu, səsi ilə nümayiş etdirir. Xuşu Allahın böyüklüyünü tam dərk etməyi, Onun əzabından qorxmağı ifadə edir. Xüsusilə, namaz zamanı xuzu və xuşu halında olmaq tövsiyə olunur. Bu iki anlayış çox yaxın olsa da, aralarında bəzi fərqlərin olduğunu söyləyənlər var. Əllamə Təbatəbai qeyd edirdi ki, xuzu insanın bədən üzvlərinə, xuşu isə qəlbinə bağlıdır (bax: Əllamə Təbatəbai. Təfsir əl-mizan (farsca tərc.), 1-ci cild, səh. 201, “Bəqərə” surəsinin 46-cı ayəsinin təfsiri).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər