Namaz |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 26-11-2015, 23:53 | Şərh sayı: (0) | Baxılıb: 3351
Namaz
Qur‘an:
«Namazlarınızdan və orta namazınızdan riayət edin və təvazökarlıqla Allah(a itaət) üçün ayağa qalxın.»
«Namaz qılandan sonra Allahı (bütün hallarda) ayaq üstə, oturaraq, uzandığınız halda yad edin və qəlbiniz arxayın olanda namazı (kamil surətdə) qılın ki, namaz möminlər üçün müəyyən vaxtlarda təyin edilmişdir.»
«Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul et.»
Hədis:
3591. Allahın Peyğəmbəri (s): «Hər şeyin siması var, sizin dininizin də siması namazdır.»
3592. Allahın Peyğəmbəri (s): «Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.»
3593. İmam Əli(ə) : «Namaz Allahın rəhmətini yerə endirər.»
3594. İmam Əli(ə): «Allahın Rəsulu(s) nə şam yeməyini, nə də başqa bir yeməyi namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini tanıyardı, nə də mehriban dostunu.»
3595. İmam Əli(ə): «Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmağın vasitəsidir.»
3596. İmam Baqir (ə): «Namaz dinin sütunudur. Namaz çadırın sütununun bənzər. Sütun möhkəm olsa, mıxlar və kəndirlər də möhkəm qalacaq, sütun əyilsə və sınsa, nə mıx möhkəm qalacaq, nə də kəndir.»
3597. İmam Sadiq (ə): «Allahın yanında ən sevimli iş namazdır və o
peyğəmbərlərin insanlar son tövsiyyəsidir.»
3598. İmam Sadiq (ə) («Allah yanında ən üstün və ən çox sevilən əməl» barədə sualın cavabında): «Allahı tanımaqdan sonra, namazdan üstün heç bir şey tanımıram. Məgər saleh bəndə İsa ibn Məryəmin «Mənə namazı tövsiyə etdi...!:» dediyini görmürsənmi?»
1116. Namazın təsiri
Qur‘an:
«Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işdən çəkindirər. Şübhəsiz ki, Allahı yad etmək hər ibadətdən üstündür. Allah etdikləriniz əməlləri bilir.»
Hədis:
3599. Allahın Peyğəmbəri(s): «Kimin namazı onu pislikdən və haramdan çəkindirməsə, onda Allahdan uzaqlaşmaqdan başqa bir şey artmaz.»
3600. Allahın Peyğəmbəri (s) (onunla bərabər namaz qılan və eyni halda çirkin işlərlə məşğul olan kişi barədə): «Günlərin biri, onun namazı onu pis işlərdən çəkindirəcək.» Çox keçmədi ki, həmin kişi tövbə etdi.»
3601. Allahın Peyğəmbəri(s): «Həqiqətən dinin sütunu namazdır və Adəm övladından soruşulan ilk şey namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməllərinin hesabatı aparılmayacaq.»
3602. İmam Əli(ə): «Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları bağışlanar.»
3603. Xanım Fatimeyi Zəhra (ə): «Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.»
3604. İmam Baqir (ə): «Bəndədən soruşulacaq ilk şey namazdır, əgər qəbul olunsa, digər əməlləri də qəbul olunacaq.»
3605. İmam Baqir (ə): «Namaz ixlası möhkəmləndirər və təkəbbürü uzaqlaşdırar.»
3606. İmam Sadiq (ə): «Əgər sizlərdən birinizin qapısının ağzından bir arx axarsa və gündə beş dəfə o arxda yuyunsa, bədənində bir çirk və natəmizlik qalarmı? Namaz da, həmin bu paklayan, təmizləyən su arxına bənzəyir. İnsan namaz qılanda, namaz yalnız onu imandan çıxardan və israrla əməl etdiyi günahdan başqa, bütün günahlarını təmizləyər.»
1117. Namaz qılanın məqamı
3607. Allahın Peyğəmbəri(s): «Namazda olduğun müddətdə Qadir padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır.»
3608. İmam Əli(ə): «Əgər namaz qılan, Allahın cəlalından hansı tacının onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi.»
3609. İmam Əli(ə): «Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis paxıllıqla ona baxar.»
1118. Namazda xuşu(Allahın qarşısında kiçilərək Ona müt‘i olub boyun əymək.)
Qur‘an:
«Həqiqətən, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu halında olarlar.»
Hədis:
3610. Allahın Peyğəmbəri (s): «Namazda xuşu (və müt‘ilik) halında olmayanın namazı, namaz deyil.»
3611. Allahın Peyğəmbəri (s) («xuşu nədir?» sualının cavabında): «Namazda müt‘ilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır.»
3612 Cəfər ibn Əli Qummi: «Allahın Peyğəmbəri (s) namaza dayanan zaman Allah-taalanın qorxusundan üzünün rəngi qaçırdı.»
3613. İmam Əli (ə): «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz.»
3614. «Dəaimul İslam»: «İmam Əli (ə) namaza dayananda möhkəm bina, ya düz sutun kimi tərpənməzdi. Bə‘zən rukuda, səcdə halında (o qədər aram və hərəkətsiz) olurdu ki, quş gəlib o Həzrətin (ə) belində otururdu. Əli ibn Əbutalibdən (ə) və Əli ibn Hüseyndən (ə) başqa heç kəsin Peyğəmbərin (s) namazı kimi namaz qılmağa taqəti yox idi.»
3615. «Biharul-Ənvar»: «İmam Əli (ə) dəstəmaz almağa başlayanda, Allah qorxusundan üzünün rəngi dəyişərdi.»
3616. «Biharul- Ənvar»: «Xanım Fatimeyi Zəhranın (ə) namazda Allah–taalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi.»
3617. «Biharul-Ənvar»: «İmam Həsən (ə) dəstəmaz alanda üzünün rəngi dəyişərdi. Bədəninin oynaqları titrəyərdi. Bunu səbəbini soruşduqda, buyurdu: Ərşin Allahının qarşısında dayanan şəxsin rəngi dəyişməli və bədəninin oynaqları titrəməlidir.»
3618. «Dəaimul İslam»: «O Həzrət (imam Səccad (ə)) namaz üçün dəstəmaz alanda və özünü namaz qılmağa hazırlayanda üzü saralar və rəngi qaçardı. Bir dəfə bu barədə soruşduqda, buyurdu: «Mən böyük Padşahın qarşısında dayanmaq istəyirəm.»
3619. İmam Baqir (ə): «İmam Səccad (ə) namaza dayananda, sanki ağacın gövdəsi olurdu. Küləyin əsməyi ilə hərəkətə gələn şeylərdən başqa, ondan heç nə tərpənmirdi.»
3620. Əbu Əyyub: «İmam Baqir (ə) və İmam Sadiq (ə) namaza dayananda üzlərinin rəngi qaçardı. Gah qızarar, gah da saralardı, sanki gördükləri bir kəsə öz sirlərini pıçıldayırdılar.»
1119. Namazın qəbul olunmasının şərtləri və maneələri
3621. Allahın Peyğəmbəri (s): «Əgər kamantək əyilənədək namaz qılsanız və kamana bənzəyənədək oruc tutsanız, pəhrizkar olub günahlardan çəkinməyincə Allah-taala (bu əməlləri) sizdən qəbul etməz.»
3622. Allahın Peyğəmbəri (s): «Allah-taala mənə vəhy etdi: «Ey Rəsullar nəslindən olan! Ey qorxudanlar nəslindən olan! Öz xalqına bəyan et ki, onlardan hər birinin boynunda Mənim bəndələrimin birinin bir məzləmə və haqqı olanadək Evlərimin heç birinə daxil olmayacaqlar. Çünki o haqqı qaytarmayınca, Mənim qarşımda namaza durduğu müddətdə ona lənət edərəm.»
3623. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, qeybət olunan onu bağışlamayınca, Allah qırx gecə–gündüz onun namaz və orucunu qəbul etməz.»
3624. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs şərab içsə qırx gün namazı hesaba alınmaz.»
3625. İmam Əli (ə): «Bax gör, hansı paltar və libasla namaz qılırsan. Əgər onu düzgün və halal yolla qazanmamısansa, namazın qəbul deyil.»
3626. İmam Səccad (ə) (namazın qəbul olunmasına səbəb olan şey barədə sualın cavabında): «Bizim məhəbbətimiz və vilayətimiz, eləcə də, düşmənlərimizə nifrət etmək.»
3627. İmam Sadiq (ə): «Allah-taala kimin bir namazını qəbul edərsə, ona əzab verməz, kimin bir xeyir əməlini qəbul edərsə,ona əzab verməz.»
3628. İmam Sadiq (ə): «Kim öz ata-anasına ona zülm etmiş olsalar belə, düşmən baxışı ilə baxsa, Allah-taala onun namazını qəbul etməz.»
1120. Namazları qəbul olunmayanlar
3629. Allahın Peyğəmbəri (s): «Səkkiz nəfərin namazı qəbul deyil: fərari qul öz sahibinin yanına qayıdanadək, əri ondan narazı olan dikbaş qadın, zəkat verməyən şəxs, dəstəmazı olmayan şəxs, namazını baş örtüyü olmadan qılan həddi buluğa çatmış qız, xalq ondan narazı olduğu halda onlarla birgə namaz qılan rəhbər, məst və zəbin adamın, yəni öz sidiyini və nəcisini güclə saxlayan şəxsin.»
1121. Namazın qəbul olunmasında ürəklə qılınmağın rolu
3630. Allahın Peyğəmbəri (s): «Allah-taala ürəyi bədəni ilə birgə olmayan şəxsin namazını qəbul etməz.»
3631. Allahın Peyğəmbəri (s): «Bə‘zən bəndə namaz qılar, ancaq o namazın altıda biri, hətta onda biri belə onunçün yazılmaz. Bəndənin namazından yalnız Allahı tanımaqla və diqqətini Ona yönəltməklə qıldığı qədəri hesaba alınar.»
3632. Allahın Peyğəmbəri (s): «Təfəkkürlə müşayiət olunan iki rəkət namaz, gecəni sübhədək namaz qılmaqla keçirməkdən daha yaxşıdır.»
3633. İmam Baqir (ə) və İmam Sadiq (ə): «Namazından yalnız ürəkdən qıldığın qədəri qəbul olunur. Beləliklə, əgər bir şəxs bütün namazı boyu səhv edərsə (fikri tamamilə dağınıq olarsa), ya onu qılmaqdan qafil olarsa (vaxtında qılmasa) həmin namazı əski parçası kimi büzüşdürüb onun üzünə çırparlar.»
3634. İmam Sadiq (ə): «Kim iki rəkət namaz qılsa və onun əsnasında nə dediklərini bilsə, namazı qurtaran kimi, Allahla onun arasında heç bir günah qalmaz.»
1122. Namazı namaz olmayan şəxs
3635. Allahın Peyğəmbəri (s): «Namazın ruku və səcdəsini düzgün
yerinə yetirməyənin namazı namaz deyil.»
3636. Allahın Peyğəmbəri (s): «Kim namaz əsnasında qəsdən sağında və solunda kimin olduğunu başa düşsə, namazı namaz deyil.»
3637. İmam Sadıq (ə): «Zəkat verməyən şəxsin namazı düzgün deyil.»
3638. İmam Sadiq (ə): «Haqinin, haqibin və haziqin namazı düzgün deyil. Haqin sidiyini sıxıb saxlayan kimsə, haqib nəcis ona sıxıntı verən və haziq də ayağına geydiyi şeydən sıxılan şəxsdir.»
1123. Namazda zəiflik və süstlüyün qadağan olması
Qur‘an:
«Münafiqlər Allaha hiylə gələrlər, halbuki, Allah onlara hiylə gələcəkdir. Namaza dayananda tənbəlliklə qalxar, xalqla riyakarlıqla davranar və Allahı çox az yad edərlər.»
Hədis:
3639. «Biharül-Ənvar»: Me‘rac hədisində deyilir ki: «Ey Əhməd! Üç bəndəyə təəccüb edirəm: namaza duranda əllərini kimə tərəf uzatdığını və kimin qarşısında dayandığını bilən və bununla belə, yuxulu və süst olan bəndəyə …»
3640. İmam Əli (ə): «Namaz vaxtı səni yuxu aparanda, namazını saxla və yat. Çünki belə halda özünə dua, yoxsa lənət etdiyini bilmirsən.»
3641. İmam Baqir (ə): «Yuxulu, süst və ağır halda namaza dayanma. Çünki bunlar ziyankarlığın xislətlərindəndir və Allah-taala, möminlərə məst halda, yəni yuxunun məstliyində namaza dayanmağı qadağan etmişdir.»
1124. Namazın vaxtlarına riayət etmək
Qur‘an:
«Vay olsun namaz qılanlara. O kəslərə ki, namazlarından qafildirlər.»
«Və namazlarından riayət edənlər. Onlardır varis olanlar.»
Hədis:
3642. Allahın Peyğəmbəri (s): «İnsanın dindarlığı üçün, namazlarından çox muğayat olması kifayətdir.»
3643. İmam Əli (ə) (Məhəmməd ibn Əbubəkrə məktubundan): «Namazın vaxtına riayət et və onu vaxtında qıl. Nə bekar olduğuna görə onu vaxtından əvvəl qıl, nə də işinə görə onu öz vaxtından sonraya keçirmə.»
1125. Namazı ilk vaxtda qılmağa həvəsləndirmək
3644. İmam Baqir (ə): «Bil ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Beləliklə, bacardığın qədər xeyir işə tələs. Allah yanında ən sevimli iş, az da olsa insanın daim gördüyü işdir.»
3645. İmam Sadiq (ə): «İlk vaxtın (qılınan namazın), vaxtın sonu üzərində olan üstünlüyü axirətin dünya üzərində olan üstünlüyü kimidir.»
3646. Qəzzaz: «Həzrət İmam Rza (ə) bir neçə Ələvini qarşılamaq üçün evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub, buyurdu: «Azan ver.» Ərz etdim: «Gözləyək, dostlarımız gəlib bizə qoşulsunlar.» Həzrət (ə) buyurdu: «Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk vaxt namazı təxirə salma, həmişə vaxtın əvvəlinə riayət et.» Bu vaxt mən azan verdim və biz namaz qıldıq.»
1126. Binamaz və küfr
Qur‘an:
«Bağların içində bir-birindən soruşarlar. Günahkarlar barədə: «Sizi cəhənnəm atəşinə gətirən nə oldu? Deyərlər: Biz namaz qılanlardan deyildik.»
Hədis:
3647. Allahın Peyğəmbəri (s): «Müsəlmanla kafir arasında vacib namazı qəsdən tərk etməkdən və ya onu yüngül tutub qılmamaqdan başqa bir fasilə yoxdur.»
3648. İmam Sadiq (ə) («Niyə namaz qılmayan kafir adlanır, amma zinakar yox?» sualına cavabından): «Çünki zina və bu kimi günahları edən şəxs şəhvətin ona qalib gəldiyinə görə belə işlərə əl atır. Amma namaz qılmayan, namazı yüngül saymasından və onu əhəmiyyətsiz bildiyindən qeyri bir şeyə görə onu tərk etmir.»
1127. Namazı yüngül hesab etməyin!
3649. İmam Baqir (ə): «Namazı yüngül sayma! Çünki Allahın Peyğəmbəri (s)dünyadan köçəndə «Namazı yüngül sayan məndən deyil» deyə buyurdu.»
3650. Əbu Bəsir: «İmam Sadiqin (ə) vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Humeydənin yanına getdim. Humeydə ağlayıb dedi: Ey Əbu Məhəmməd! Kaş, o Həzrət (ə) vəfat edəndə burada olaydın. Gözlərini yumub mənə buyurdu: Qohumlarımı və yaxınlarımı yanıma çağırın. Hamı o Həzrətin (ə) başına yığılanda buyurdu: Bizim şəfaətimiz heç vaxt namazı yüngül sayana çatmaz.»
1128. Camaat namazı
3651. Loğman (ə) (oğluna nəsihətindən): «Nizənin ucunda olsa da, namazı camaatla qıl.»
3652. Allahın Peyğəmbəri (s) (namaz qılmaq üçün məscidə gəlməyən bəzi müsəlmanlar barədə): «Bəzi adamlar məsciddə namaz qılmağı tərk ediblər. Az qalıb əmr edək ki, odun gətirsinlər, onların qapılarının ağzına qoyub od vursunlar və başlarının üstündə evlərini yandırsınlar.»
3653. Allahın Peyğəmbəri (s): «Beş namazı camaatla qılan şəxsin haqqında yaxşı fikirdə olun.»
1129. Camaat imamı nəyə riayət etməlidir?
3654. İmam Əli(ə) (Məhəmməd ibn Əbubəkri Misirə vali təyin edərkən): «Öz namazına fikir ver gör necədir. Çünki sən öz xalqının rəhbərisən. (Sənə layiq olan budur ki,) Namazını kamil qılmalısan. Onu yüngül və naqis yerinə yetirməməlisən. Belə ki, camaat imamı ilə birgə qılınan namazda, namaz qılanların namazında nə əskiklik və nöqsan olarsa, hamısı camaat imamının boynuna gələr və onların namazından heç nə əskilməz. Namazını kamil qıl və ondan muğayat ol ki, onların hamısının qazandığı savab qədər savab qazanarsan və bu onların savabından heç nəyi azaltmaz.»
3655. İmam Əli (ə) (şəhər valilərinə yazdığı məktubundan): «Onlarla, namaza ən az taqətləri olanlar kimi namaz qılın (və uzun namazla) fitnəkarlıq etməyin.»
3656. İmam Sadıq (ə) («Camaat imamlığına kim daha layiqdir?» sualına cavab olaraq): «Allahın Rəsulu (s) buyurmuşdur: Camaat imamlığını Qur‘anı daha çox oxuyan (ya qiraəti daha yaxşı olan) öz öhdəsinə götürsün. Əgər qiraətdə bərabər səviyyədə olsalar, daha əvvəl hicrət edən şəxs camaat imamı olsun. Hicrətdə də eyni olsalar, yaşı çox olan öz öhdəsinə alsın. Əgər həmyaşıd olsalar, Peyğəmbərin sünnəsini və fiqhi (şəriətin hökmlərini) daha yaxşı bilən, imamlıq etsin. Sizlərdən heç kəs başqasının evində ev sahibinə və başqasının nüfuz dairəsində olan yerdə nüfuz sahibinə namazda pişnamazlıq etməsin.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər