Allahdan qorxu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-09-2015, 00:20 | Şərh sayı: (0) | Baxılıb: 695
Allahdan qorxu
Namaz və namazda xüşu haqqında danışdıq. İslamda namaza çox böyük əhəmiyyət verilmişdir. Namazın azan və iqaməsində namaz ən xeyirli əməl olduğu bildirilir. Namazın müqəddiməsində on iki dəfə namaza tələsmək tapşırılır. Bütün bunlar namazın böyük dəyərindən danışır.
Amma yalnız xüşu ilə qılınmış namazlar ən xeyirli əməl ola bilər. Xüşunun, yəni Allah qarşısında sınmağın amilləri haqqında danış-dıq. Yenə də bu mövzunu davam etdiririk.
Xüşu yaradan amillərdən biri də Allah qorxusu-dur. Ayə və rəvayətlərdən görünür ki, mömin şəxs Allahdan qorxmalıdır. "Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: "Allah qarşısında durarkən qorxan və nəfsini cilovlayan kəsin yeri behiştdir”. Harada təqvadan söhbət gedirsə, həmin məqamda Allah qorxusu da xatırlanır.
Bu mövzu ilə bağlı Əhli–beyt rəvayətləri daha çoxdur. Məsum İmamların (ə) dua və münacatla-rında daim Allah qorxusu yad edilir. Hətta İmam Səccadın (ə) bir minacatı "Minacatul–xaifin”, yəni "Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta belə məlumatlar da var ki, bəzi övliyalar Allah qorxusundan huşlarını itirirmişlər. Özü kimi insanlar qarşısında qorxudan tir–tir əsən bəzi insanların Allah qorxusunu yersiz bilməsi əslində etiqadsızlıqdan doğur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər