Nəsuh tövbə nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-04-2017, 11:05 | Şərh sayı: (0) | Baxılıb: 230
Nəsuh tövbə nədir?

Cavab: Ən səmimi, ən xalis tövbəyə “nəsuh tövbə” deyirlər. Qurani-kərimin Təhrim surəsində bu barədə buyurulur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!”.
Tövbeyi-nəsuhun xüsusiyyətləri barədə çoxlu izahlar mövcuddur. Hətta məşhur Quran təfsirçisi Qürtübi tövbeyi-nəsuha müxtəlif şəxsiyyətlər tərəfindən 23 cür tərif verildiyini yazmış və bunlarn hər birini ayrı-ayrılıqda qeyd etmişdir (Qurtubi təfsiri, 21-ci cild, səh. 96-98).
Məşhur səhabə Məaz ibn Cəbəl Həzrət Mühəmməd Peyğəmbərdən (s) tövbeyi-nəsuh haqqında soruşanda həzrət ona belə cavab vermişdi: “Sağılmış süd bir daha döşə qayıtmadığı kimi bu tövbəni etmiş insan da bir daha günaha qayıtmaz” (Məcmə əl-bəyan, 10-cu cild, səh. 67).
Həmçinin, İmam Həsən Əsgəri (ə) tövbeyi-nəsuhun mənası barədə soruşan şəxsə bu cür cavab yazaraq səmimiyyət şərtinin mühümlüyünü vurğulamışdı: “Onu edənin batini (içərisi) ilə zahiri (çölü) eyni cürdür, hətta batini zahirindən daha üstündür” (Bihar əl-ənvar, 6-cı cild, səh. 22).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər