Musa (ə) nə üçün tövbə etdi? |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 21-12-2015, 22:40 | Şərh sayı: (0) | Baxılıb: 443
Musa (ə) nə üçün tövbə etdi?
Sual 34: Musa (ə) nə üçün tövbə etdi?
Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər».
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər