“Kim nəfsini tanısa, Rəbbini tanıyar” kəlamı kimə məxsusdur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-04-2017, 15:57 | Şərh sayı: (0) | Baxılıb: 322
“Kim nəfsini tanısa, Rəbbini tanıyar” kəlamı kimə məxsusdur?
Sual: “Kim nəfsini tanısa, Rəbbini tanıyar” kəlamı kimə məxsusdur?
Cavab: Bu kəlamın mənbəyi barədə fikirlər fərqlidir. Əllamə Məclisi “Bihar əl-ənvar” kitabında bu cümləni Həzrət İdris Peyğəmbərə (ə) nazil olmuş səhifələrin mətnində qeyd edir.
Bəzi alimlər isə bu cümləni Həzrət Mühəmməd Peyğəmbərə (s) aid etmişlər. Məşhur alimlərdən İbn Əbi Cümhur Əhsayi, Seyyid Abdullah Şübbər, İbn Şəhraşub və başqaları bu qəbildəndir. İmam Cəfər Sadiqə (ə) mənsub edilən “Misbah əl-şəriə” kitabında da bu kəlamın Peyğəmbər (s) tərəfindən buyurulduğu deyilir.
Lakin bu kəlam daha çox İmam Əli ibn Əbutalibin (ə) hədisi kimi məşhurdur. Həzrətin hikmətli kəlamlarının toplandığı “Ğürər əl-hikəm” kitabında da bu cümləyə rast gəlirik. Məşhur alimlərdən Xətib Xarəzmi, Cahiz, Feyz Kaşani, Şeyx Bəhai, İbn Meysəm Bəhrani, Hürr Amuli, İbn Əbil-Hədid və başqaları həmin cümləni İmam Əliyə (ə) aid etmişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər