Quran Allah tərəfindən yaradılıb, yoxsa Allahın kəlamı olaraq əzəlidir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-02-2017, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 249
Quran Allah tərəfindən yaradılıb, yoxsa Allahın kəlamı olaraq əzəlidir?
Sual: Quran Allah tərəfindən yaradılıb, yoxsa Allahın kəlamı olaraq əzəlidir?
Cavab: Bu mövzuda kəlam elmində müəyyən fikir ayrılıqları vardır. Xüsusilə, İslamın ilk əsrlərində fikir ayrılığı ən yüksək nöqtəyə çatmış, hətta qarşılıqlı küfr ittihamlarına səbəb olmuşdu. Müsəlmanların bir qisminin əqidəsinə görə, Quran Allah-Təalanın mütəkəllim (danışan) sifətinin təcəllasıdır. Allahın sifətləri Onun özü ilə birgə olduğu üçün, Quran da Allahla birgədir, qədimdir, yaradılmayıb.
Amma müsəmanların qalan hissəsi Quranı Allah-Təalanın məxluqu kimi qəbul edir və onun yaradılmış olmasına inanır. Allahdan başqa hər şey Onun məxluqudur. Quran Allahla birgə qədim ola bilməz, bu halda Allah hissələrdən ibarət (mürəkkəb) olmalıdır, bu isə qeyri-mümkündür. Əksər alimlər bu fikri müdafiə edirlər, əksər dini mənbələrdən bu nəticə əldə edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər