RSS
 

Login:
Şifrə:
» » Әli (ə)-ın fəzilətləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Әli (ə)-ın fəzilətləri

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 9-11-2015, 21:58 | Şərh sayı: (0) | Baxılıb: 1903

Әli (ə)-ın fəzilətləri


Әli (ə)-ın fəzilətləri


Әli (ə)-ın fəzilətləri barədə ümumi və bəsit bir məlumat əldə etmək üçün həzrətin şəxsi keyfiyyətlərini bəyan edən üç məsələ ətrafında dayanmaq olar:
1.Әli (ə)-ın əsil-nəsəbi:
Әli (ə) Peyğəmbərin (s) tayfası Bəni-haşim nəslindəndir. Həzrətin doğma atası cənab Әbu Talibdən başlayaraq Adəm peyğəmbərə qədər babaları arasında müşrik və kafir bir kəs olmamışdır. Әli (ə)-ın ata-babaları aşağıdakı tərtiblə Adəm peyğəmbərə qədər gedib çatır:
1.İmran Әbu Talib. 2.Әbdül-müttəlib. 2.Haşim. 3.Әbül Manaf. 4.Qusi. 5.Kilab. 6.Mərrəh. 7.Kəb. 8.Liva. 9.Ğalib. 10.Fəhr. 11.Malik. 12.Nəzr. 13.Kənanə. 14.Xəzimə. 15.Mudrikə. 16.İlyas. 17.Muzr. 18.Nizar. 19.Məd. 20.Әdnan. 21.Әdd. 22.Әdəd. 23.Yəsə. 24.Həmyəs. 25.Binət. 26.Salaman. 27.Həml. 28.Qəydar. 29.İsmail. 30.İbrahim. 31.Tarəx. 32.Tahur. 33.Şaru. 34.Әbrğu. 35.Taliğ. 36.Abir. 37.Şalih. 38.Әrfəxşəz. 39.Sam. 40.Nuh. 41.Ləmən. 42.Mətuşələk. 43.Әxnux. 44.Yarid. 45.Məhlail. 46.Qəynan. 47.Әnus. 48.Şəys. 49.Adəm Әbul-bəşər.
Adları çəkilən şəxslər Әbdül-Müttəlibdən başlayaraq Peyğəmbərin (s) də babaları sayılırlar.
Hamıya məlumdur ki, Peyğəmbərin (s) babaları arasında müşrik və kafir şəxs olmamışdır. Həzrət Әbu Talib istisna olmaqla, Әli (ə) babalarında Peyğəmbərlə (s) şərikdir. Bəzi qərəzli alimlər Әli (ə)-ın nəsəbini şübhə altına salmaq üçün həzrətin atası Әbu Talibin iman gətirməsinə şübhə ilə yanaşmışlar. Burada Әbu Talibin iman gətirməsini təsdiqləyən bir neçə dəlil gətiririk:
Mir Seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Qazi Şukani «Hədisul-qudsi» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
«Cəbrail nazil olub mənə dedi: Allah-taala sənə salam göndərərək buyurdu: Səni endirən sülbə (atası Abdullah), səni həml edən bətnə (anası Amənə) və səni himayəsinə götürən şəxslərə cəhənnəm odunu haram etdim.»
Məlum olduğu kimi, Peyğəmbərin (s) himayədarı babası Әbdül-müttəlib, onun vəfatından sonra əmisi Әbu Talib olmuşdur.
Həzrət Әbu Talibin söylədiyi şerlər onun imanından xəbər verir. Bu şerləri İbni Әbil Hədid, Әbul Qasim Bəlxi, Әbu Cəfər İskafi, Sibt ibni Cuzi kimi əhli-sünnət alimləri öz kitablarında qeyd etmişlər. Şerlərdən bəzi parçalarla tanış oluruq:
«Bizdən istəyirlər ki, İslam dininə qarşı qiyam edək, əlimizə qılınc götürüb Məhəmmədlə döyüşək. Yox, yalan deyirsiniz; Allahın evinə and olsun ki, xaliqindən kitab nazil olmuş, insanları hidayətə səsləyən Məhəmmədlə döyüşmək əbəs və çox böyük səhvdir.»
«Ey Allahın şahidləri şahid olun! Mən Әhmədin (Məhəmməd (s)) dinindəyəm. Hər kəs yolundan azırsa azsın, mən hidayət olmuşam!»
Gördüyünüz kimi Әli (ə)-ın əsil-nəsəbində Allahın varlığına iman gətirməyən müşrik və kafir bir şəxs yoxdur.
Әli (ə)-ın nurani xilqəti onun ən böyük fəzilətlərindən biridir.
Hənbəli məzhəbinin imamı Әhməd ibni Hənbəl öz «Müsnəd» kitabında, həmçinin Mir Seyyid Әli Həmədani, İbni Məcazili Şafei, Məhəmməd ibni Təlhə öz kitablarında Peyğəmbərdən (s) nəql edirlər:
«Mən və Әli Adəm peyğəmbər yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə, imamət isə Әlidə qərar verildi.»
Bütün İslam tarixçilərinin yazdığına görə, Әli (ə)-ın təvəllüdü müqəddəs Kəbə evində olmuşdur. Anası Fatimə binti Әsəd Məscidul-həramda olduğu zaman Kəbənin divarları yarılaraq içəri dəvət olundu. Həcərül-əsvədlə üz-üzə dayandıqda Kəbənin sol küncündə yarılmış divarın izləri bu günə qədər qalmaqdadır.
2.Әli (ə)-ın iman və təqvası:
Bütün tarixçilərin yazdığına əsasən, Әli (ə) körpəliyindən Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və ona ilk iman gətirən kişi olmuşdur. Әli (ə)-ın hamıdan əvvəl iman gətirdiyini təsdiqləyən dəlillərdən bir neçəsini gətiririk:
İbni Әbdül-birr «İstiab» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Hakim Nişapuri «əl-Müstədrək» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
«Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq.»
Məşhur tarixçi Məhəmməd Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında öz mötəbər sənədləri ilə Üdey ibni Qeys Kəndidən nəql edir:
«Cahiliyyət dövründə mən ətriyyat alveri ilə məşğul idim. Məkkə şəhərinə etdiyim səfərlərin birində Abbasla birlikdə Məscidul-hərama getdim. Günəş artıq xeyli qalxmışdı. Bu zaman ay kimi bir nurlu cavan məscidə daxil olub üzünü Kəbəyə tərəf çevirdi və namaz qılmağa başladı. Bir az keçdikdən sonra gözəl bir cavan gəlib onun sağ tərəfində, daha sonra örtüklü bir qadın gəlib onların arxasında durdu. Mən bu mənzərədən təəccüblənərək Abbasdan bunun nə olduğunu soruşdum. O cavab verdi: Әvvəl gələn cavan mənim qardaşım oğlu Məhəmməddir, sonra gələn isə başqa bir qardaşımın oğlu Әli, o qadın isə Məhəmməddin həyat yoldaşıdır. Məhəmməd iddia edir ki, ona Allah tərəfindən din nazil olmuşdur. İndi yer üzündə bu üç nəfərdən başqa bu dinə iman gətirən yoxdur.»
Әli (ə)-ın təqvasına gəldikdə isə həzrətin dünyaya etinasızlığı, sadə həyatı bütün tarixçilər tərəfindən qələmə alınmışdır.
Şeyx Süleyman Hənəfi, Məhəmməd ibni Təlhə Şafei, Məhəmməd Təbəri kimi tarixçilər Süveyd ibni Ğəflədən nəql edirlər:
«Bir gün Әli (ə)-ı süfrə üstündə gördüm. Onun qarşısında bir kasa turşumuş ayran var idi. Әli (ə) qabığı təmizlənməmiş quru arpa çörəyini çətinliklə sındırır, ayranda isladaraq yeyirdi. Mən həzrətdən nə üçün təmizlənməmiş arpa çörəyi yediyini soruşduqda cavab verdi: Canım qurban olsun Peyğəmbərə (s)! O da belə çörək yeyirdi, ölən günədək doyunca buğda çörəyi yemədi...»
İbni Әhməd Xarəzmi, İbni Məcazili Şafei və başqaları nəql edirlər:
«Bir gün Әli (ə)-ın hüzuruna bir qab şirin halva gətirdilər. Həzrət barmağını halvaya batırıb dedi: Nə gözəl rəngi, nə xoş ətri var, amma Әli onun dadını bilmir. Həzrətdən halvanın onun üçün haram olduğunu soruşduqda cavab verdi: Allahın halalı haram olmaz. Amma mən necə qarnımı doyura bilərəm ki, ölkənin ətrafını aclar bürümüşdür.»
Hafiz Әbu Nəim İsfahani, Şeyx Abdullah Şəbravi Şafei, Məhəmməd ibni Təlhə Şafei, İbni Səbbağ Maliki, Sibt ibni Cuzi və başqaları nəql edirlər:
«Zirar Şam şəhərində Müaviyə ilə apardığı müzakirədə dedi: Bir gecə Әlini gördüm ki, ilan vurmuş adamlar kimi qıvrılır, ağlayaraq deyir: Ey dünya get məndən başqalarını aldat! Mən səni üç təlaqla boşamışam. Artıq sənin mənə qayıtmaq ümidin yoxdur. Sənin ömrün çox qısa, təhlükən isə böyükdür...»
3.Әli (ə)-ın elmi:
Әli (ə)-ın sonsuz elm və ilahi hikmət sahibi olduğunu bu günədək heç kim təkzib etməmişdir. Ötən bəhslərimizdə bütün səhabələrin, xüsusilə xəlifələrin Әli (ə)-ın hamıdan elmli olmasını etiraf etdikləri barədə söhbət açmışdıq. Әli (ə)-ın 1400 il bundan öncə buyurduğu elmi məsələlər bu gün də bütün alim və mütəfəkkirləri heyran qoyur.
Yüzlərlə əhli-sünnət kitablarında nəql olunmuş bir hədis «Mən elmin şəhəriyəm, Әli isə onun darvazasıdır». Әli (ə)-ın Peyğəmbər (s) elminin varisi olduğunu gözəl şəkildə bəyan edir.
Әli (ə)-ın həzrət Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətdən elmli və əfzəl olmasını bütün alimlər təsdiq etmişlər.
Necə ki, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildinin əvvəllərində yazır:
«Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi.»
Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır:
«Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi.»
Әli (ə)-ın dəfələrlə təkrarladığı bir cümlə onun elminin bir ecaz olduğundan xəbər verir:
«Ey insanlar, istədiyiniz sualı məndən soruşun. Məndən əvvəlkilərin, məndən sonra gələnlərin bütün elmləri mənim sinəmdə yatır.»

İstiab

Bu hədis «Müsnəd», İstiab», «Yənabiul-məvəddə» «Fəraid», «Məvəddətul-qurba», «Mənaqib», «Tarixul-xüləfa», Fəthul-bari», «Təfsirul-itqan» və onlarla digər əhli-sünnət kitablarında nəql olunmuşdur.
«İstədiyiniz sualı məndən soruşun» demək, zahirən sadə görünsə də bu cümləni deməyə heç kimin cəsarəti çatmamışdır.
İbni Әbdül-birr, Әbdul-Abbas Şafei, Xətib Bağdadi kimi alimlər çəkinmədən demişlər:
«Bu cümləni Әli (ə)-dan özgə hər kəs demişsə, yalançı olduğu sübut olunmuşdur.»
Bu mövzunu İbni Әbil Hədid Mötəzilinin bir cümləsi ilə sona yetiririk:
«Çox təəccüblü və heyrətamizdir. Bu kişi ömrünün sonunadək bir dəfə də olsun bilmirəm demədi... yəqin ki, bu bir möcüzədir. Axı belə şeylər bəşər qüdrətindən xaricdir..!»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor