Qəza orucu tutan adam orucu poza bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-03-2017, 00:17 | Şərh sayı: (0) | Baxılıb: 199
Qəza orucu tutan adam orucu poza bilərmi?
Sual: Qəza orucu tutan adam orucu poza bilərmi?
Cavab: Hər hansı səbəb üzündən Ramazan ayında oruc tutmayan insan sonradan həmin günlərin orucunu qəza etməlidir. Qəza orucu da əda orucu kimi tutulur, amma niyyətdə qəza orucu olması niyyət edilir. Qəza orucu tutan şəxs zöhr vaxtından əvvəl orucunu poza bilər, bunun günahı yoxdur. Amma əgər qəza orucu üçün vaxtı dar olsa, məsələn, Ramazan ayından 5 gün qəza orucu qalıbsa və növbəti Ramazana kimi cəmi 5 gün vaxtı varsa, yaxşı olar ki, orucu pozmasın və qəzaları o müddətə sığışdırıb tutsun. Zöhr vaxtından sonra qəza orucunu pozmaq icazəli deyil. Bunu edən şəxsin boynuna 10 nəfər fəqiri yedizirmək kəffarəsi gəlir. Əgər pozduğu hər bir günlük qəza orucunun əvəzində 10 fəqirə yemək verə bilməsə, hər gün üçün 3 gün kəffarə orucu tutmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər