Qurani-kərimdə xatırlanan “əməl dəftəri sağ tərəfdən verilənlər” və “əməl dəftəri sol tərəfdən verilənlər” kimlərdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-11-2015, 22:10 | Şərh sayı: (0) | Baxılıb: 458
Qurani-kərimdə xatırlanan “əməl dəftəri sağ tərəfdən verilənlər” və “əməl dəftəri sol tərəfdən verilənlər” kimlərdir?
İslam ənənəsinə görə, sağ tərəf sol tərəfdən daha üstün və şərəfli sayılır. Bütün üstün və yaxşı işlər sağ əllə yerinə yetirilir. (məsələn, dəstəmazda üzü sağ əllə yumaq, dəstəmaz və qüsldə sağ tərəfdən başlamaq lazımdır). Əksinə, çırkin və aşağı sayılan əməllər isə sol əllə edilir (məsələn, təharətxanada insan özünü sol əli ilə yumalıdır). Qiyamətdə bir kəsin əməl dəftərinin sağ tərəfdən, yəni sağ əlinə verilməsi – onun nicat tapanlardan və cənnətə düşənlərdən olmasının göstəricisi sayılacaq. Əksinə, kimin əməl dəftəri sol tərəfdən, yəni sol əlinə veriləcəksə, o deməkdir ki, qəzəbə düçar olmuş və əzaba layiq görülmüşdür. İnsanlar məhşər günündə bu əlamətlə öz aqibətlərini biləcəklər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər