Dəstəmaz duaları |
Müəllif: Admin | Bölmə: Slide, Dualar | Vaxt: 3-01-2016, 10:13 | Şərh sayı: (0) | Baxılıb: 2152
Dəstəmaz duaları
Dəstəmazın əvvəlində suyu tökərkən desin:
«Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi cə᾽ələl-maə təhurən və ləm yəc᾽əlhu nəcisən»
Yə᾽ni: Bağışlayan və mehriban Allahın adı ilə. Bütün həmd və sitayişlər suyu murdar deyil, pak və pakedici yaradan Allaha
məxsusdur.»
Üzü yuyarkən belə desin:
«Allahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vüsuhu və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh»
Yə᾽ni: Ilahi! Üzlər qaraldığı gündə mənim üzümü ağ et və üzlər ağardığı gündə mənim üzümü qara etmə.
Sağ qolu yuduqda desin:
«Allahummə ə᾽ətini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira»
Yə᾽ni: Ilahi! Mənim əməl kitabımı sağ əlimə, Behiştdə əbədi qalmaq üçün icazənaməni isə sol əlimə ver, mənim hesabımı
çox yüngül et.
Sol qolu yuduqda desin:
«Allahummə la tu᾽tini kitabi bişimali vəla təc᾽əlaha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin-niran»
Yə᾽ni: Ilahi! Mənim əməl kitabımı sol əlimə vermə və onu boynumun zəncirinə çevirmə və oddan hazırlanmış paltarlardan Sənə pənah aparıram.
Başa məsh etdikdə desin:
«Allahummə ğəşşini birəhmətikə və əfvikə və bərəkatik»
Yə᾽ni: Ilahi! Məni Öz rəhmət, əfv və bərəkətinlə bürü.»
Ayaqlara məsh etdikdə desin:
«Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəc᾽əl sə᾽yi fima yurzikə ənni»
Yə᾽ni: Ilahi! Ayaqlar lərzəyə düşüb titrədiyi zaman məni siratda sabit saxla, sə᾽y və təlaşımı Səni məndən razı edən yollarda
qərar ver.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər