Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-08-2016, 13:51 | Şərh sayı: (0) | Baxılıb: 699
Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar?
Sual: Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar? Yoxsa su kranını dəstəmaz bitdikdən sonra bağlamaq lazımdır?
Cavab: Dəstəmazın şərtlərindən biri də budur ki, qolları yuduqdan sonra əldə olan nəmliklə başa və ayaqların üzünə məsh çəkmək lazımdır, əlləri kənardakı su ilə islatmaq olmaz. Əgər məshdən əvvəl əllərini kənardakı su ilə islatsa, dəstəmaz batil olar. Dəstəmaz zamanı israf etməmək, suyun boş-boşuna axmasının qarşısını almaq müstəhəbdir. Amma əgər su kranı yaşdırsa və ona toxunmaqla krandakı nəmlik insanın əlinə keçəcəksə, bu halda məshdən qabaq kratı bağlamaq məsləhət deyil. Sağ ayağa məsh çəkəndən sonra sağ əllə kranı bağlamaq olar. Əlbəttə, əgər əlin içini vurmadan (məsələn, əlin arxası ilə) kranı bağlamaq mümkündürsə, bunu edə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər