Doğru deyirlərmi ki, ilan öldürmək savabdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-06-2016, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 627
Doğru deyirlərmi ki, ilan öldürmək savabdır?
Sual: Doğru deyirlərmi ki, ilan öldürmək savabdır?
Cavab: Xalq içində belə bir inam həqiqətən mövcuddur. Bəzi mənbələrdə guya Peyğəmbərin müsəlmanlara ilan öldürmək icazəsi verməsi, hətta buna təşviq etməsi barədə hədislər də mövcuddur. Bu qəbildən olan hədislərdə deyilir ki, guya Peyğəmbər cinlərlə əhd bağlayıbmış ki, onlar ilan cildinə girməsinlər; əgər ilan cildinə girsələr və adamlar tərəfindən öldürülsələr, özləri təqsirkardırlar. Lakin bu rəvayətlər İslamın əsas qaydalarından biri ilə ziddiyyət təşkil edir. Həmin qayda bundan ibarətdir ki, bir canlını, yalnız əziyyət verdiyi təqdirdə və öldürməkdən başqa çıxış yolu olmadıqda öldürmək olar. Çoxsaylı mötəbər hədislər də bunu təsdiq edir. Əgər ilan insana əziyyət verir və qorxu törədirsə, məsələn, həyətdə və ya evin içində görünüb adamları çalmaq təhlükəsi yaradırsa, o halda onu öldürmək nəinki icazəlidir, hətta lazımdır. Amma əgər ilan insan üçün qorxu yaratmırsa, digər canlılar kimi onu da öldürmək olmaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər