“Rəbiül-əvvəl” ayı mübarək |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 15-12-2015, 01:52 | Şərh sayı: (0) | Baxılıb: 3679
“Rəbiül-əvvəl” ayı mübarək
Rəbiul-əvvəl ayının hülulu münasibəti ilə bütün müsəlmanları təbrik edirik.
Həmin münasibətlə bu mübarək ayın birinci gunundə baş vermiş mühüm hadisələrə nəzər salırıq:
1. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
2.“Ləylətul-məbit” hadisəsi
1. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
Qüreyş kafirləri Əqəbənin ikinci beyətindən xəbərdar olub peyğəmbəri (s) öldürmək qərarına gəldilər. Bu təklifi Əbu Cəhl irəli sürdü və qüreyş böyükləri hamılıqla onu qəbul etdi. Beləliklə Qüreyşin hər tayfasından cəsur gənclər seçildi. Onlar, gecə ikən hamılıqla onu qətlə yetirmək üçün peyğəmbərin (s) evinə soxulmaldı idi. Allah, Cəbrail (ə) vasitəsi ilə onların bu planını peyğəmbərə (s) çatdırdı. Bu hadisə hicri təqvimi ilə be`sətin 13-cü günü baş verdi. Sonralar, həzrət Əlinin (ə) təklifi ilə peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti islam tarixinin əsasını təşkil etdi. (Məsabihi-Kəfəmi, c. 2, səh. 596).
2. “Ləylətul-məbit” hadisəsi
Allahın Rəsulu (s), besətin on üçü ili, rəbiyül-əvvəlin birinci günü, Allahın göstərişi ilə Qüreyş kafirlərin təhlükəsindən xilas olmaq üçün Mədinəyə tərəf hicrət etdi. Kafirləri azdırmaq üçün həzrət Əli (ə) peyğəmbərin (s) yatağına yatdı. Qüreyş gəncləri, onu öldürmək üçün evə daxil oldu. Orada həzrət Əli (ə) ilə üzləşdiklərindən heyrətləndirlər. Uduzmuş halda evdən çölə çıxdılar. O hadisədən sonra bu şərif ayə nazil oldu:
“Camaat arasında eləsi var ki, özünü Allah razılığı yolunda satır. Allah bəndələrə mehribandır.”
(“Bəqərə” surəsi, ayə: 207)
Bir rəvayətdə deyilir ki, həzrət Əli (ə), peyğəmbərin (s) yatağında yatan gecə Allah tərəfindən Cəbrail (ə) və Mikailə (ə) xitab oludnu: “Mən siz ikinizin arasında qardaşlıq olmasın qərara almlşam. Sizdən hansınız digərinin ömrünün uzun olması üçün fədakarlıq edə bilər?” Onların hər ikisi uzun ömürü seçdi. Xitab oldundu: “Mənim yerimə baxın və görün ki, necə, Əli ibn Əbi Talib (ə) öz həyatını qardaşına - islamın əziz peyğəmbərinə (s) fəda edir. Onun yerində yatıb, canına ona qurban verir. Gedin yerə, onu düşmənlərdən qoruyun!” Onlar gəldi. Cəbrail (ə) həzrətin baş tərəfində, Mikail (ə) ayaq tərəfində oturub nida etdilər: “ Mərhaba! Kim sənin kimi olar, ey Əbi Talibin oğlu! Allah, bütün mələkərlə sənə salam göndərdi.” Elə bu zaman “ Camaat arasında eləsi var ...” ayəsi nazil oldu. (Əl-Ehticac, c.1, səh. 160, - Biharül-ənvar, c.19, səh. 39)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər