Şiə və Sünni birliyi; Amerikanın İraqda müdaxiləsinə mane olur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:24 | Şərh sayı: (0) | Baxılıb: 293
Şiə və Sünni birliyi; Amerikanın İraqda müdaxiləsinə mane olur
Qumda böyük təqlid mərcələrindən biri İraqda şiə və sünni birliyini İŞİD terror qruplaşması qarşısında qələbə və ABŞ-ın bu ölkənin daxili məsələlərinə müdaxiləsinə mane olmağın yeganə yolu adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Qumda böyük təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani bazar günü İraqın əl-Nücəba Hərəkatının baş katibi Əkrəm əl-Əkbi ilə görüşdə deyib: Şiə və Sünni İŞİD-lə mübarizə üçün müttəfiq olmalı və həmrəyliklə Amerikanın İraqda müdaxiləsinə mane olmalıdırlar.
Ayətullah Nuri Həmədani düşmənlərin müsəlmanların ərazisi və suyuna daxil olmamaları üçün müsəlmanların çox güclənməli və müttəfiq olmalı olduqlarını bildirərək deyib: İraqın parçalanmasından danışan Amerika kimi ölkələr islam və müsəlmanların düşmənləridir.
Bu təqlid mərcəyi böyük şəxsiyyətlərin iştirakı ilə regionda islam müqavimət xəttinin yaradılmasının vacib adlandırıb və deyib: Terror qruplaşmaları ilə mübarizə üçün islam ölkələrinin potensialından istifadə etmək lazımdır.
İraqın əl-Nücəba Hərəkatının baş katibi Əkrəm əl-Əkbi də bu görüşdə İraq və Suriyada terror qruplaşamları ilə mübarizə prosesi və ordu və xalq qüvvələrinin irəliləyişləri barəsində məlumat verərək deyib: Təkfirçi və terror qruplaşmalarının regiondakı hücumları ABŞ, Türkiyə və bəzi qərb və ərəb ölkələrinin dəstəyi ilə baş verir.
İraqın əl-Nücəba Hərəkatının baş katibi şənbə günü Qumda böyük təqlid mərcələri və alimlərlə görüşmək üçün bu şəhərə səfər edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər