Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-10-2015, 18:18 | Şərh sayı: (0) | Baxılıb: 807
Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər?
Fars dilindən tərcümədə şeşguşə - altıbucaqlı deməkdir. İmam Hüseynin (ə) mübarək məzarı altıbucaqlı şəklində olduğu üçün şairlər onu bu cür adlandırmışlar. Səbəb budur ki, İmam Hüseynin (ə) sevimli oğlu Əli Əkbərin cənazəsini başqa şəhidlərdən ayıraraq, atasının məzarının ayaq tərəfində torpağa tapşırmışdılar. Nəticədə, İmam Hüseynin (ə) məzarının ayaq tərəfi öz formasını dəyişərək bir qədər daralmış və iki qəbir birlikdə altibucaqlı şəklini almışdır. Bu gün də məzarın üzərindəki zərih (metal məhəccər) bir-birinə bitişik olan, biri böyük və o biri kiçik iki dördbucaqlıdan ibarətdir ki, bunlar birləşərək altı künc (bucaq) əmələ gətirir.
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər