Zinadan doğulan uşaqlar kafir və günahkar olurlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-02-2016, 09:52 | Şərh sayı: (0) | Baxılıb: 586
Zinadan doğulan uşaqlar kafir və günahkar olurlar?
Sual: Zinadan doğulan uşaqlar kafir və günahkar olurlar? Onlarla hansı münasibəti saxlamaq lazımdır?
Cavab: Zinadan yəni kəbinsiz doğulan insanlar günahlara qarşı daha çox meyilli olurlar. Onların mütləq mənada günahkar ya kafir olacaqlarını söyləmək olmaz. Sadəcə, özüllərində qoyulmuş haram onları günah qarşısında daha zəif edir. Şeytan bu cür insanlara daha asan yol tapa bilir. Bunu immuniteti zəif olan şəxslə də müqayisə etmək olar. İmmuniteti zəif olan ya ümumiyyətlə olmayan insan xəstəliklər qarşısında müqavimət göstərə bilmir ya da tez məğlub olur. Zinadan doğulan uşaq da belədir. Amma zinazadə uşağın da böyüyəndə mömin olması mümkündür. Əgər öz nəfsinə nəzarət etsə və günahlara bulaşmasa, halal insan səviyyəsinə yüksələ bilər. Zinadan doğulan şəxslə münasibətlərdə hər hansı ciddi fərqlilik nümayiş etdirmək, onu əskiltmək, təhqir etmək lazım deyil. Əksinə, bu cür insanlarda özünə inam, aramlıq və ümid yaratmaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər